Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-137/2024 08.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 24 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş borca görə 13600 (on üç min altı yüz) manat pulun və ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti iə əlaqədar məhkəmə iclasına gələ bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsindən məlum olur ki, o, Cavabdeh bir neçə ildir ki, tanıyır. 24 may 2021-ci il tarixdə Cavabdeh ondan borc pul istəmişdir. Ona görə də o, Cavabdeh 20000 (iyirmi min) manat borc pul vermiş və buna görə də onlar notariat ofisində 24 may 2021-ci il tarixli borc müqaviləsi bağlamışlar. Həmin müqavilənin şərtinə görə Cavabdeh ona olan 20000 (iyirmi min) manat borcunu 24 may 2022-ci il tarixə kimi qaytarmalı idi. Ancaq Cavabdeh ona olan borcundan 6400 (altı min dörd yüz) manatını qaytarmış, qalan 13600 (on üç min altı yüz) manat pulunu isə qaytarmamışdır. Bütün bunlar əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında göstərdi ki, Cavabdeh İddiaçı 20000 (iyirmi min) manat borc pul almış və buna görə də onlar notariat ofisində 24 may 2021-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Cavabdeh verdiyi vədə əməl edərək, 20000 (iyirmi min) manat borcunu İddiaçı qaytarmışdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş 24 may 2021-ci il tarixli, 3M-717 nömrəli kredit müqaviləsindən məlum olur ki, İddiaçı Cavabdeh 24 may 2022-ci il tarixə kimi qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat borc pul vermişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 132 (bir yüz otuz iki) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 may 2021-ci il tarixli, 3M-717 nömrəli kredit müqaviləsi əsasən Cavabdeh 24 may 2022-ci il tarixə kimi qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində borc pul götürmüşdür. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, götürmüş borcundan 6400 (altı min dörd yüz) manatını qaytarmış, qalan 13600 (on üç min altı yüz) manat pulunu isə qaytarmamışdır. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə iddia tələbinin “mənəvi ziyanın ödənilməsi tələbinə dair” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 60 (altmış) manat hissəsi cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh verilmiş borca görə 13600 (on üç min altı yüz) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 132 (bir yüz otuz iki) manat məbləğində olan pul alınıb, İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(066)-137/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-137/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver