Məhkəmə qərarları › İş №e-2(066)-1431/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-1431/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-1431/2025 29.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.900 (otuz bir min doqquz yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ya məbləğin qaytarılması mümkün olmadığı təqdirdə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X2 qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona müraciət edərək “Shagman” markalı **-GY-*** qeydiyyat nişanlı avtomobili almaq istədiyini, lakin bunun üçün kifayət qədər pulu olmadığını bildimişdir. Həmin nəqliyyat vasitəsinin alınması üçün ondan köməklik isdəmişdir. O, nəqliyyat vasitəsinin sahibi ilə danışmış, “Shagman” markalı **- GY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınması üçün 34.800 ( otuz dörd min səkkiz yüz) manat məbləğində pulu cavabdehə vermişdir. Aralarında xx.xx.2024-cü il tarixdə notarial qaydada müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə; borclu 34.800 ( otuz dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini borc verənə hər ayın 02 tarixində 1450 manat məbləğində ödəməklə, borc məbləğini xx.xx.2026- cı ilədək geri qaytarmağı öz öhdəsinə götürür. Əgər tərəflər arasındaki yarana biləcək mübahisələr danışıq vasitəsilə həll edilməzsə, bu zaman məsələyə AR qanunvericiliyinə əsasən məhkəmə qaydasında baxılacaq. Cavabdeh müqavilənin şərtlərinə görə bütün borcu ödəməyi öz öhdəliyinə götürmüşdür. Lakin cavabdeh müqavilədə təyin edilmiş məbləğ üzrə cəmi 2 ay (2900 manat) ödəniş etmişdir, ondan sonra ödənişi etməyi dayandırmışdır və nəqliyyat vasitəsinin sahibi olan Mustafayeva Günel “Shagman” markalı, **-GY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini geri qaytarmaqdan imtina etmişdir. Hazırda Cavabdeh qalan borcu 31.900 ( otuz bir min doqquz yüz) manat təşkil etməkdədir. Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi iddiaçının rəsmi nigahda olan həyat yoldaşıdır və cavabdeh nəqliyyat vasitəsini də geri qaytarmır. Sədrlik edən iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə nəzər yetirdikdə görünür ki, tələb iki hissədən ibarətdir. Birinci tələb borcun qaytarılması ilə bağlı, ikinci tələb isə özgənin qanunsuz sahibliyində olan əmlakın geri tələb edilməsi ilə bağlıdır. Ərizənin əsaslandırma hissəsində isə borcun qaytarılmasından bəhs edilmişdir. Eyni zamanda özgənin qanunsuz sahibliyində olan “Shagman” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobil iddiaçının həyat yoldaşı X1 məxsusdur. Ancaq iddiaçı qismində Mustafayeva Günelin adı qeyd edilməmişdir. Hazırkı halda məhkəmə belə hesab edir ki, iki ayrı tələbin bir iddiada baxılması mümkün hesab edilmir. İddiaçı hüquqi marağını dəqiqləşdirməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3–cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb qeyri müəyyən olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin şərtlərinin pozulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar