Məhkəmə qərarları › İş №e-2(066)-1445/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1445/2025

03.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1445/2025 03.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X5 iclas kаtibliyi ilə, İddiаçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X8 Mərkəzinin cavabdeh X6 qаrşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Cavabdeh Göygöl rayonu Zurnabad meşəbəyliyinin ərazisində aşmış və qırılmış ağacların oduncağından 2.27 m3 həcmində 3 ədəd köküstə göyrüş cinsindən müxtəlif diametrli yaş ağacları kəsib aparmış və X17 79.94 manat ziyan vurmuşdur.

Məhkəmədə icraat: 2.İddiаçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X8 Mərkəzinin Cavabdeh qаrşı “X17 vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X17 vurulmuş 79,94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat məbləğində ziyanın ödənilməsinə dair qərar çıxarılaraq ziyanın ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 aprel 2025-ci il tarixdə mərkəzin Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi X1 məlumatı əsasında Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 2.27 m3 həcmində 3 ədəd köküstə göyrüş cinsindən müxtəlif diametrli yaş ağacları kəsib apardığı müəyyən edilərək, barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X17 79,94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat ziyan vurulmuşdur. 4.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X8 Mərkəzi tərəfindən ərizə göndərilərək keçiriləcək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və təmin edilməsi xahiş edilmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, xəbərnaməli poçt göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq: 6.Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının: 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 7.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

8.Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 9.Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. 10.Meşələrin İnkişafı Xidməti Göygöl RMTM əməkdaşları tərəfindən tərtib edilmiş 29 aprel 2025-ci il tarixli, 006717 nömrəli aktın surətindən görünür ki, 29 aprel 2025-ci il tarixdə Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısında yoxlama aparılarkən Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh 2.27 m3 həcmində 3 ədəd köküstə göyrüş cinsindən müxtəlif diametrli yaş ağacları kəsib aparmışdır. 11.Zurnabad meşəbəyliyinin 2 saylı dolayısında yoxlama zamanı vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh 79.94 manat məbləğində X17 ziyan ödəməlidir. 12.29 aprel 2025-ci il tarixli imtina aktında göstərilmişdir ki, imza edənlər: 1) Zurnabad meşəbəyliyinin meşəbəyisi X9; 2) 10 saylı RMTM-nin meşələrin mühafizəsi üzrə baş mühəndis X3; 3) Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi X1 iştirakları ilə bu aktı tərtib edirlər ondan ötəri ki, Göygöl rayonu Zurnabad kəndində yaşayan X7 onun barəsində tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. 13.Meşələrin İnkişafı Xidmətinin Göygöl X8 Mərkəzi tərəfindən Göygöl rayon Zurnabad kənd sakini Cavabdeh ünvanlanmış 3-14-27-11/2-140/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, ona qanunsuz olaraq 2.27 m3 həcmində oduncağı aparmasına görə 79.94 manat məbləğində DMF-na ziyan vurması və hesablanmış ziyanın könüllü olaraq ödənilməsi bildirilmişdir. 14.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 saylı X8 Mərkəzi cavabdeh X6 qarşı "vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi X1 məlumatı əsasında Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 2.27 m3 həcmində 3 ədəd köküstə göyrüş cinsindən müxtəlif diametrli yaş ağacları kəsib apardığı müəyyən edilərək, barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X17 79,94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat ziyan vurulmuşdur. 15.Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 17.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, cavabdeh X4 davranışına görə iddiaçı 10 saylı X8 Mərkəzinə vurulmuş zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə cavabdehin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. 18.Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh X4 mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X8 Mərkəzinə 79.94 manat ziyan vurması iş materiallarında olan sənədlərə tam sübuta yetirilir. 19.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 20.Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə cavabdeh X4 mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X8 Mərkəzinə 79.94 manat ziyan vurması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli, ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 21.İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 22.Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh X2 79,94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X8 Mərkəzinin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar