Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1448/2025 08.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 10000 manat məbləğində borc pul vermiş, borc alan isə borcu xx.xx.2025-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin Cavabdeh borc üzrə öhdəliyini 500 manat hissədə icra etmiş, qalan hissədə icra etməmişdir.
Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 116 manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 400 manat məbləğində vəsaitin tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 10000 (on min) manat miqdarında borc pul vermişdir. Bu barədə onlar, yəni iddiaçı Cavabdeh arasında 01 aprel 2025-ci il tarixində Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənərək borc müqaviləsi bağlanmışdır. Cavabdeh 10000 manat borc məbləğini xx.xx.2025-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 10000 manat məbləğində borc pulundan 500 manat qaytarmışdır. İddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etməyinə baxmayaraq o, öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bundan başqa Cavabdeh pulun qaytarılması barədə pretenziya göndərilmişdir, lakin cavabdeh borcu qaytarmaqdan yayınır və ona görə məcbur olub ki, məhkəməyə müraciət etsin. 4.Məhkəmə iclasında iştirak edən, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirmişdir ki, borc müqaviləsini təqdim ediblər. Həmin borcdan 500 manat ödəniş olunub. Bununla bağlı məhkəməyə disk təqdim etdi. İddianın təmin olunmasını xahiş etdiklərini bildirdi. 5.Keçən məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirmişdir ki, onunla Aysu Cəfərovanın qeyri-rəsmi nikah münasibəti olub. Ona pul lazım olduqda o, Aysudan pul istəyib, ancaq o borc müqaviləsi ilə pulu verəcəyini deyib. Onun anası xəstə olduğu üçün qardaşı İddiaçı pulu ona verib. O, 10 min manat pulu 14 iyul 2025-ci il tarixdə Aysu Cəfərovaya qaytarıb. Aysunun qardaşına pulu qaytarmaq istəyibmiş, ancaq onun qardaşı göz həkiminin yanında olduğu üçün pulu ona verməyini söyləyib. Pulu aldıqdan sonra o qardaşının notariusda borc müqaviləsini ləğv etdirəcəyini söyləyibmiş. O da razılaşıb, tanışı Şahin Hüseynovla avtozavod qəsəbəsində Aysu Cəfərovaya pulu verib. Bununla belə, Aysu Cəfərova 102 xidməti ilə əlaqə saxlamış, borcu aldığını bildirmişdir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə sorğu verərək, həmin məlumatın əldə edilməsini xahiş edir. O, Polisdə işləyib, xidmətdən azad olunmuşdur. Xidmətə qayıtmağı üçün bu şikayətin bağlanılması lazım idi. O, Aysu xanıma deyib ki, şikayəti yazılı formada geri götürməlidir ki, xidmətə qayıda bilsin. O pulu yenidən alacağını ona görə şikayəti geri götürmədiyini bildirib. Buna görə də pulu ödəyəcəyi ilə bağlı video göndərməsini istəyib. O də belə bir video çəkib göndərib, cd diskdəki görüntü həmin videodur. O, bunu Daxili İşlər orqanına bərpa olunmağı üçün edib. O, 9500 manatı Aysunun vasitəsilə alıb, qaytarmış, sahibə pul qaytarmamışdır. Əlavə sübutu yoxdur, məhkəmə tərəfindən polis orqanına sorğu edilməsini xahiş edir. 6.Məhkəmə iclasında 1 ədəd CD disk videogörüntülərə baxış keçirildi. Videogörüntüdə Cavabdeh həqiqətən İddiaçı 9500 manat etirafı əks olunmuşdur.
Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir (115.0.6); 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 124.1-ci maddəsinə əsasən şə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 10.Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
11. Belə ki, işin faktiki halıdır ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmış, müqavilədən və qanundan irəli gələrək borc verən İddiaçı razılaşdırılmış məbləği borcalana vermək, borcalan Cavabdeh isə məbləği razılaşdırılmış vaxtda qaytarmaq öhdəliyi yaranmışdır.İş materiallarına əlavə edilmiş notarial təsdiqli 01 aprel 2025-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 10000 manat məbləğində borc pul verir. Borc alan isə borcu xx.xx.2025-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür.
12. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunda xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən ona olan 9500 manat məbləğində borc pulun dərhal qaytarılması təklif olunmuşdur.
13. Məhkəmə araşdırılmasına təqdim edilən və tərəflərin iştirakı ilə baxılan video görüntüdə Cavabdeh İddiaçı 9500 manat borcu olduğunu qeyd edir. Məhkəmə iclasında Cavabdeh həmin görüntünü formal çəkdiyini və əslində İddiaçı bacısına borclunu desə də buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir.
14. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
15. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
16. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 17.Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların vəhdət şəklində qiymətləndirilməsi nöqteyi-nəzərindən əsaslıdır.
18. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə dair 400 manat (order EO-2379VK-41163/25, xx.xx.2025-ci il, “Gəncə Regional vəkil bürosu”) ödəniş edilmişdir. Habelə, iddia tələbi üzrə 116 manat dövlət rüsumu ödənilmişdir. 19.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9500 manat məbləğində borc pul və 116 manat dövlət rüsumu xərci, 400 manat məbləğində vəkilə xidmət haqqı olaraq ödənilmiş məbləğ tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir.
20. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borc pul və 116 (yüz on altı) manat dövlət rüsumu, 400 (dörd yüz) manat vəkilə xidmət haqqı olaraq ödənilmiş məbləğ tutularaq İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə