Məhkəmə qərarları › İş №e-2(066)-1516/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1516/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1516/2024 24.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşünası X4 Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 7467 (yeddi min dörd yüz altış yeddi) manat, əsas məbləğ üzrə, 1647 (min altı yüz qırx yeddi) manat, 13 (on üç) qəpik faiz, 262 (iki yüz altmış iki) 13 (on üç) qəpik üzrə olmaqla, cəmi 9376 (doqquz min üç yüz yetmiş altı) manat, 19 (on doqquz) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 113 (yüz on üç) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 imzaladığı iddia ərizəsindən məlum olur ki, 28 dekabr 2021-ci il tarixli bank xitmətlərinin təqdim edilməsi haqqında ümumi oferta əsasında iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2023-cü il tarixli 10268nkGNDJB/22 saylı kredit müqaviləsinə əsasən X3 xx.xx.2026-cı il tarixə müddətinə illik 26% ödəmək şərtilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həticədə Cavabdeh 24 oktyabr 2024-cü il tarixə 7467 (yeddi min dörd yüz altış yeddi) manat, əsas məbləğ üzrə, 1647 (min altı yüz qırx yeddi) manat, 13 (on üç) qəpik faiz, 262 (iki yüz altmış iki) 13 (on üç) qəpik üzrə olmaqla, cəmi 9376 (doqquz min üç yüz yetmiş altı) manat, 19 (on doqquz) qəpik borcu yaranmışdır. Borcunu ödəməsi barədə ona bildiriş göndərməsinə baxmayarq o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 113 (yüz on üç) manat, 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 10 iyul 2023-cü il tarixli 10268nkGNDJB/22 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2026-cı il tarixə müddətinə illik 26% ödəmək şərtilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 24 oktryabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 10 iyul 2023-cü il tarixli 10268nkGNDJB/22 saylı kredit və bank hesabı müqaviləsi üzrə 7467 (yeddi min dörd yüz altış yeddi) manat, əsas məbləğ üzrə, 1647 (min altı yüz qırx yeddi) manat, 13 (on üç) qəpik faiz, 262 (iki yüz altmış iki) 13 (on üç) qəpik üzrə olmaqla, cəmi 9376 (doqquz min üç yüz yetmiş altı) manat, 19 (on doqquz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 10 iyul 2023-cü il tarixli 10268nkGNDJB/22 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 262 (iki yüz altmış iki) 13 (on üç) qəpik məbləğində dəbbə pulu azaldılaraq 50 (əlli) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 110 (yüz on) manat manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 iyul 2023-cü il tarixli 10268nkGNDJB/22 saylı kredit və bank hesabı müqaviləsi üzrə 7467 (yeddi min dörd yüz altış yeddi) manat, əsas məbləğ üzrə, 1647 (min altı yüz qırx yeddi) manat, 13 (on üç) qəpik faiz üzrə, 50 (əlli) manat cərimə, cəmi 9164 (doqquz min bir yüz altmış dörd) manat, 13 (on üç) qəpik və ödənilmiş dövlət rüsumunun 110 (yüz on) manat manat hissəsi alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar