Məhkəmə qərarları › İş №e-2(066)-1519/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1519/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1519/2025 24.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Quliyeva Ərkinaz Nəbi qızı arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 13-xx-xx-104589 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 2310,95 ( iki min üç yüz on manat 95 qəpik) manat məbləğində kredit verilmişdir. Quliyeva Ərkinaz Nəbi qızı 01 mart 2022-ci ildə vəfat etmiş, xx.xx.2024-cü il tarixli V-17/2022 nömrəli X3 X1 əsasən Cavabdeh vərəsədir.

2. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 13-xx-xx-104589 saylı kredit müqaviləsi üzrə cavabdehin İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixinə 1646.51 (min altı yüz qırx altı manat əlli bir qəpik) manat əsas, 46,28 (qırx altı manat iyirmi səkkiz qəpik) manat faiz, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 61.74( altmış bir manat yetmiş dörd qəpik), cəmi 1754.53 (min yeddi yüz əlli dörd manat əlli üç qəpik) manat məbləğində kredit borcu qeyd edilmişdir.

Məhkəmədə icraat:

3. İddiaçı ASC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1.754,53 (bir min yeddi yüz əlli dörd manat 53 qəpik) manat borc olmaqla - bundan bundan 1.646,51 (bir min altı yüz qırx altı manat 51 qəpik ) manat əsas, 46,28 (qırx altı manat 28 qəpik) manat faiz və və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 61,74 (altmış bir manat 74 qəpik) manat borcun, iş üzrə ödənilmiş 37,55 (otuz yeddi manat 55 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan Muğanbank" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Quliyeva Ərkinaz Nəbi qızı arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 13-xx-xx-104589 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 2310,95 ( iki min üç yüz on manat 95 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır.Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. AZ-İİ № 212181 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh Quliyeva Ərkinaz Nəbi qızı 01 mart 2022-ci ildə vəfat etmiş, xx.xx.2024-cü il tarixli V-17/2022 nömrəli X3 X1 əsasən Cavabdeh miras əmlakdan bütövlüklə irs almalıdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- 5/2-C-21-16804/2025 saylı 29 sentyabr 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 17 sentyabr 2025-ci il tarixə Quliyeva Ərkinaz Nəbi qızının kredit üzrə cəmi borcu 1.754,53 (bir min yeddi yüz əlli dörd manat 53 qəpik) manat təşkil edir. Bundan 1.646,51 (bir min altı yüz qırx altı manat 51 qəpik ) manat əsas, 46,28 (qırx altı manat 28 qəpik) manat faiz /ə /ə AP MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 61,74 (altmış bir manat 74 qəpik) manat təşkil edir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. 6.İş materiallarında olan Göygöl rayon İHB-nın Balçılı kənd İƏD üzrə nümayəndəliyinin məktubundan bildirilir ki, Cavabdeh adlı şəxs Göygöl rayon Balçılı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Balçılı kənd ərazisində yaşamır. Bu səbədən məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

10. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Quliyeva Ərkinaz Nəbi qızı arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 13-xx-xx-104589 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 2310,95 ( iki min üç yüz on manat 95 qəpik) manat məbləğində kredit verilmişdir. AZ-İİ № 212181 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh Quliyeva Ərkinaz Nəbi qızı 01 mart 2022-ci ildə vəfat etmiş, xx.xx.2024cü il tarixli V-17/2022 nömrəli X3 X1 əsasən Cavabdeh miras əmlakdan bütövlüklə irs almalıdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

11. Maliyyə arayışından görünür ki, 13-xx-xx-104589 saylı kredit müqaviləsi üzrə X2 İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixinə 1646.51 (min altı yüz qırx altı manat əlli bir qəpik) manat əsas, 46,28 (qırx altı manat iyirmi səkkiz qəpik) manat faiz, , gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 61.74( altmış bir manat yetmiş dörd qəpik), cəmi 1754.53 (min yeddi yüz əlli dörd manat əlli üç qəpik) manat məbləğində kredit borcu qeyd edilmişdir.

12. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmiş, xx.xx.2025-ci il tarixə 1692.79 manat borc olduğu bildirilmişdir. 13.“Azari” Express poçt-daşıma kuryer xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, xx.xx.2025-ci ildə Muğanbankdan qəbul edilmiş məktub qaimə Cavabdeh zərf çatdırılmamışdır. 14.İş materiallarına əlavə edilmiş X3 X1 əsasən xx.xx.2022-ci ildə vəfat etmiş Quliyeva Ərkinaz Nəbi qızının vərəsəsi Cavabdeh müəyyən edilmişdir.

15. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu və cərimə borcu hesablamışdır. Buna görə də məhkəmə əsas, faiz və cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

16. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1646.51 (min altı yüz qırx altı manat əlli bir qəpik) manat əsas, 46,28 (qırx altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 61.74( altmış bir manat yetmiş dörd qəpik), cəmi 1754.53(min yeddi yüz əlli dörd manat əlli üç qəpik) manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 37,55 (otuz yeddi manat, əlli beş qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Yekun nəticə:

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 13-xx-xx-104589 nömrəli müqaviləyə 1.646,51 (bir min altı yüz qırx altı manat 51 qəpik) manat əsas, 46,28 (qırx altı manat 28 qəpik) manat faiz və və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 61,74 (altmış bir manat 74 qəpik) manat olmaqla ümumilikdə 1754.53 (min yeddi yüz əlli dörd manat əlli üç qəpik) borc məbləği və məhkəmə xərci olaraq 37.55 (otuz yeddi manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar