Məhkəmə qərarları › İş №e-2(066)-1593/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1593/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1593/2025 05.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı «Home Finance BOKT” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:

1. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada 11 may 2024-cü il tarixli, **********001 nömrəli Kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh- Cavabdeh 1 (bir) ay müddətinə, illik 60.85% verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0% verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 29.00 manat olmaqla, 200 (iki yüz) manat məbləğində kredit verilib. 11 may 2024-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsinin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85% həcmində faiz tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh 11 may 2024-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borcun məbləği 200 (iki yüz) AZN iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 29 (iyirmi doqquz) AZN, iddia qaldırılan günə faiz borcunun məbləği 10 (on) AZN, iddia qaldırılan günə əsas borc üzrə hesablanmış cərimə borcunun məbləği 121 (bir yüz iyirmi bir) AZN olmaqla, cəmi 360 (üç yüz altmış) AZN təşkil edir.

2. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. “SF Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1612 saylı tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları "xxxx" MMC-ə ötürülmüşdür.

Məhkəmə icraatı:

3. İddiaçı "xxxx" MMC Cavabdeh «Home Finance BOKT” MMC-nin xeyrinə əsas borcun məbləği 200 (iki yüz) AZN, iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 29 (iyirmi doqquz) AZN, iddia qaldırılan günə faiz borcunun məbləği 10 (on) AZN, iddia qaldırılan günə əsas borc üzrə hesablanmış cərimə borcunun məbləği 121 (bir yüz iyirmi bir) AZN olmaqla, cəmi 260 (iki yüz altmış) AZN kredit borcunun və dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada 11 may 2024-cü il tarixli, **********001 nömrəli Kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh- Cavabdeh 1 (bir) ay müddətinə, illik 60.85% verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0% verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 29.00 manat olmaqla, 200 (iki yüz) manat məbləğində kredit verilib. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. “SF Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1612 saylı tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları "xxxx" MMC-ə ötürülmüşdür. (xx.xx.2024-cü il tarixli 1612/24 saylı müqavilə iddia ərizəsinə əlavə olunur). Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdeh-Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı-"xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh 11 may 2024-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borcun məbləği 200 (iki yüz) AZN iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 29 (iyirmi doqquz) AZN, iddia qaldırılan günə faiz borcunun məbləği 10 (on) AZN, iddia qaldırılan günə əsas borc üzrə hesablanmış cərimə borcunun məbləği 121 (bir yüz iyirmi bir) AZN olmaqla, cəmi 360 (üç yüz altmış) AZN təşkil edir. 11 may 2024-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsinin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85% həcmində faiz tələb etmək hüququna malikdir.Həmin kredit müqaviləsinin 1.17-ci maddəsinin 4-cü bəndinə əsasən, BOKT-un pozulmuş hüquqların müdafiəsi və müqavilə üzrə borc məbləğinin ödənilməsi üçün Azərbaycan Respublikasının məhkəmə orqanlarına müraciət etmək hüququ var.İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır.

6. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişi xx.xx.2025-ci il tarixində Cavabdeh çatdırılmşdır.

Tətbiq edilən hüquq:

7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 525-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 615.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 615.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 617.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.

10. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada 11 may 2024-cü il tarixli, **********001 nömrəli Kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh- Cavabdeh 1 (bir) ay müddətinə, illik 60.85% verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0% verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 29.00 manat olmaqla, 200 (iki yüz) manat məbləğində kredit verilib. 11 may 2024-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsinin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85% həcmində faiz tələb etmək hüququna malikdir.. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh 11 may 2024-cü il tarixli, **********001 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borcun məbləği 200 (iki yüz) AZN iddia qaldırılan günə birdəfəlik komissiya borcunun məbləği 29 (iyirmi doqquz) AZN, iddia qaldırılan günə faiz borcunun məbləği 10 (on) AZN, iddia qaldırılan günə əsas borc üzrə hesablanmış cərimə borcunun məbləği 121 (bir yüz iyirmi bir) AZN olmaqla, cəmi 360 (üç yüz altmış) AZN təşkil edir.

11. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. “SF Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1612 saylı tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları "xxxx" MMC-ə ötürülmüşdür.

12. «Home Finance BOKT” MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 may 2024-cü il tarixli, **********001 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat əsas borc, 29 manat komissiya borcu, 10 manat faiz borcu, 121 manat cərimə borcu olmaqla, cəmi 360 (üç yüz altmış) manat borcu qeyd edilmişdir.

13. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 11 may 2024-cü il tarixli, **********001 nömrəli müqavilə üzrə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir.

14. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır.

15. Hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

16. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir.

18. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11 may 2024-cü il tarixli, **********001 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat əsas borc, 29 (iyirmi doqquz) manat komissiya borcu, 10 (on) manat faiz borcu, 5 (beş) manat cərimə olmaqla, cəmi 244 ( iki yüz qırx dörd) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yekun hissə:

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh, 11 may 2024-cü il tarixli, **********001 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat əsas borc, 29 (iyirmi doqquz) manat komissiya borcu, 10 (on) manat faiz borcu, 5 (beş) manat cərimə, ümumilikdə 244 (iki yüz qırx dörd) manat, məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «Home Finance BOKT” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar