Məhkəmə qərarları › İş №e-2(066)-1637/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-1637/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-1637/2023 07.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlu sədrliyi və məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “EXPRESSBANK“ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı “EXPRESSBANK“ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 cəmi 4773.78 manat borc və 68.14 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi yoxlanılarkən iddiaçı “EXPRESSBANK“ASC tərəfindən verilmiş iddia ərizəsi adiyyəti üzrə göndərilməyib. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçıya yenə də izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267- 268-ci maddələrinə əsaslanaraq məhkəmə , qəraraaldı: İddiaçı “EXPRESSBANK“ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-50- 65 İş № 2(066)-1637/2023 07 noyabr 2023-ci il “EXPRESSBANK“ASC-yə Bakı şəh., Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsi ev 134C Göygöl Rayon Məhkəməsinin 07 noyabr 2023-ci il tarixli, 2(066)-1637/2023 nömrəli qərardadına əsasən ərizəniz və ona əlavə edilmiş sənədlər sizə geri qaytarılır. Qoşma : qərardad və ona əlavə edilmiş sənədlər « » vərəq. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar