Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-206/2025 09.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi və Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5.884,89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat borc olmaqla -3.778.87 (üç min yeddi yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat əsas, 1.663,50 (bir min altı yüz altmış üç manat, əlli qəpik) manat faiz. AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt uçün hesablanmış 442.52 (dörd yüz qırx iki manat əlli iki qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 78.85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" AC-ya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış tel:25.07.2011xx.xx.2019-cu il tarixli, 00/14457/KBK nömrəli kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 25 (İyirmi beş) faiz dərəcəsi ilə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında tel:25.07.2019xx.xx.2019-cu il tarixli, 00/14449/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizlən ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-V- 21-3393/2024 say tel:15.10.2024xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. tel:22.11.2024xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 5.884,89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat təşkil edir. Bundan 3.778,87 (üç min yeddi yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat əsas, 1.663,50 (bir min altı yüz altmış üç manat, əlli qəpik) manat faiz və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 442,52 (dörd yüz qırx iki manat əlli iki qəpik) manat faiz borcu təşkil edir. İddiaçı LPO «NBCBANK” ASC tərəfindən məhkəməyə ərizə göndərilmişdir. Həmin ərizədə işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki, Kredit müqaviləsi onunla 18 ay müddətinə bağlanmışdır. İndi isə bank deyir ki, müqavilə 36 ay müddətinə bağlanıb. Onun maşınından oğlurluq olmuşdur deyə banka aid sənədləri özündə yoxdur. Ona görə bu barədə dəqiq məlumatı yoxdur. Özü hazırda bilir ki, banka olan borcunu ödəməmişdir. xx.xx.2019-cu ildə 36 ay müddətinə kredit götürüb və 3 ay həmin krediti ödəmişdir. Sonra noyabr ayında pandemiya başladığından işlətdiyi kafe bağlanmışdır. Bank ilə öz aralarında razılığa gələ bilməmişlər. Onu neçə dəfə banka çağırıblarsa, hər dəfə getmişdir. Bankın onunla problemi ayrı yerdən qaynaqlanır. Belə ki, həmin vaxt pandemiya olmuşdur. Pandemiyadan sonra Prezidentində qərarı olmuşdur ki, krediti olunanlara güzəşt edilsin. Sonra o, bankdan maraqlananda ona məlum olmuşdur ki, borc pulun üstünə faiz də gəlmişdir. Onlara özündə olan sənədlərin itməsi barədə məlumat vermişdir. Pandemiya vaxtı işlətdiyi kafe bağlananda o, banka zəng edib kömək istəmişdir. Onlar da bildirmişdir ki, hər ay imkan daxilində 200 manat ödənilsə problem olmaz. Avqust ayında da banka gedib onlara təklif etmişdir ki, əgər faiz silinəcəksə özünə məxsus olan avto maşını satıb kredit borcunu ödəsin. Onlar isə bununla razılaşmamışdırlar. Amma hər dəfə ona bildiriblər ki, hissə-hissə borc ödənilsə faiz silinəcək. Lakin buna baxmayaraq faiz silinməmişdir. Bundan sonra o, bankın problemli şöbəsinə faizin silinməsinə dair müraciət etsə də, ona bildirilmişdir ki, faizi silə bilmirlər. O da bundan sonra borcu ödəməyəcəyini və ona görə də işin məhkəməyə verilməsini onlardan istəmişdir. Hazırda borcun məbləğindən narazılığı yoxdur. Lakin maddi vəziyyətinin aşağı olmasının nəzərə alınaraq məhkəmədən gecikdirilən günə görə hesablanmış faiz məbləğinin silinməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: LPO İddiaçı ASC-nin Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 00/14457/KBK saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 25 faizlə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. 00/14457/KBK-ZM saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-xx-xx-2022-ci il tarixədək olan hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək dövr üzrə cəmi 7831.89 manat istifadə edilmişdir. xx.xx.2019-cu il tarixli kredit hesabı üzrə qrafikdən görünür ki, Cavabdeh2 kredit məbləğini xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-131/2020 saylı qərarının surətindən görünür ki, «NBCBANK” ASC-nin müflis elan edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təadiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlarla maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır. 00/14457/KBK-ZM saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh2 kredit məbləğini xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. Maliyyə arayışdan görünür ki, Cavabdeh2nın 00/14457/KBK saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə «NBCBANK” ASC-nə 5884.89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat təşkil edir. Bundan 3778.87 (üç min yeddi yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat əsas, 1663.50 (bir min altı yüz almış üç manat əlli qəpik) manat faiz, 442.52 (dörd yüz qırx iki manat əlli iki qəpik) manat gecikdirilmiş gün üçün hesablanmış faiz borcu vardır. 12-5/2-V-21-3393/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, «NBCBANK” ASC ilə Cavabdeh2 arasında 00/14457/KBK saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «NBCBANK” ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında 00/14457/KBK-ZM saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditin son ödəmə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı LPO «NBCBANK” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh2 ilə kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə 36 ay müddətinə bağlanmış, kreditin qaytarılması üçün son tarix xx.xx.2022-ci il müəyyən edilmiş, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir. Cavabdeh3 və Cavabdeh1 ilə bağlanılmış zaminlik müqaviləsində zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zaminlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz və gecikdirilmiş vaxt üçün faiz məbləği hesablanmışdır. Buna görə də məhkəmə əsas borca və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tamamını Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən-Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə iddia tələbinin Cavabdeh2 illik beş faiz hesablamaqla 442.52 manat əlavə faizin tutulması hissəsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 3778,87 manat əsas, 1663,50 manat faiz, borcun gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 442,52 manat borc məbləği olmaqla, cəmi 5884,89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 78,85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu, tutularaq iddiaçı LPO İddiaçı ASCnin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 78.85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə iddianın qismən təmin edilən hissəsini nəzərə alaraq 78.85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3778,87 manat əsas, 1663,50 manat faiz, borcun gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 442,52 manat borc məbləği olmaqla, cəmi 5884,89 (beş min səkkiz yüz səksən dörd manat səksən doqquz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 78,85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu, tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-206/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-206/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver