Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-291/2025 29.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 07 sentyabr 2023-cü il tariхli, 800804-657294/1 nömrəli krеdit müqaviləsi üzrə 5,003.22 manat məbləğində əsas bоrcu və 541.94 manat faiz borcu оlmaqla, cəmi 5,545.16 (beş min beş yüz qırx beş manat on altı qəpik) manat borcun və 75.85 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 sentyabr 2023-cü il tariхli, 800804-657294/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 07 yanvar 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5,003.22 manat məbləğində əsas bоrc və 541.94 manat faiz borcu оlmaqla, cəmi 5,545.16 (beş min beş yüz qırx beş manat on altı qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddia ərizəsində göstərilən məbləğdə İddiaçı ASC-dən kredit pul götürmüş və hazırda qeyd olunan məbləğdə banka borcu yaranmışdır. O, bankdan kredit pulu götürəndən sonra müxtəlif problemləri ortaya çıxmış və həmin problemlərinə xərcləmiş, banka olan borcunu qaytara bilməmişdir. Hazırda Gəncə şəhərində Kommunal idarəsində işləyir, borcun ödənilməsi ilə bağlı etirazı yoxdur. Borcun hissə-hissə ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Cavabdeh iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 07 sentyabr 2023-cü il tarixli “istehlak kreditin alınması ilə bağlı” ərizədən görünür ki, Cavabdeh şəxsi istehlak məqsədi ilə 19.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 6000 (altı min) manat məbləğində kreditin verilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2023-cü il tariхli, 800804-657294/1 saylı kredit müqaviləsi və ona əlavə edilmiş 1 nömrəli əlavədən görünür ki, borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC-nin Gəncə filialından verilmiş 07 sentyabr 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 6000 (altı min) manat məbləğində kredit pul verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 5331.97 (beş min üç yüz otuz bir manat doxsan yeddi qəpik) manat borcun 25 noyabr 2024-cü il tarixədək ödənilməyəcəyi halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə Banka 5,003.22 manat əsas borc və 541.94 manat faiz borcu olmaqla, cəmi 5,545.16 (beş min beş yüz qırx beş manat on altı qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2023 il tariхli, 800804-657294/1 saylı kredit müqaviləsindən görünür ki, borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində krеdit vеrilmişdir. Kredit müqaviləsinin 1.1.-ci bəndinə əsasən bank bu müqavilənin 2-ci bəndinə müəyyən edilmiş şərtlərlə borcalana kredit verir, borcalan isə həmin kreditin qəbul edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi şərtləri və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarır, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri Banka ödəyir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən müqavilədə və müqavilənin əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0.5 (sıfır tam onda beş) faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-yə 5,003.22 manat əsas borc, 541.94 manat faiz borcu olmaqla, cəmi 5,545.16 (beş min beş yüz qırx beş manat on altı qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 07 sentyabr 2023 il tariхli, 800804-657294/1 saylı kredit müqaviləsi üzrə 5,003.22 manat əsas borc, 541.94 manat faiz borcu olmaqla cəmi 5,545.16 (beş min beş yüz qırx beş manat on altı qəpik) manat məbləğində borc pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 75,85 (yetmiş beş manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 5003,22 manat əsas, 541,94 manat faiz borcu olmaqla, cəmi 5545,16 (beş min beş yüz qırx beş manat on altı qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 75,85 (yetmiş beş manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-291/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-291/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver