Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-296/2025 11.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-İddiaçı ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 02 noyabr 2022 il tariхli, 800804-347054/2 nömrəli krеdit müqaviləsi üzrə 3,396.37 manat məbləğində əsas bоrcu və 419.56 manat faiz borcu оlmaqla, cəmi 3,815.93 (üç min səkkiz yüz on beş (.93)) manat məbləğində kredit borcun və 02 noyabr 2022 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.81 manat məbləğində əsas bоrcu və 21.90 manat faiz borcu оlmaqla, cəmi 328.71 (üç yüz iyirmi səkkiz (.71)) manat məbləğində kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 3,703.18 əsas və 441.46 faiz borcu olmaqla cəmi 4144.64 (dörd min bir yüz qırx dörd (.64)) manat borcun və 61.84 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 02 noyabr 2022 il tariхli, 800804-347054/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 21.5% dərəcəsi ilə 5100 (Beş min bir yüz (.00)) manat məbləğində və 02 noyabr 2022 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300.00 (üç yüz (.00)) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 02 noyabr 2022 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinin 2.10 bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və 2.3 bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, borcalan Cavabdeh 02 noyabr 2022 il tariхli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə şərtləri icra etmədiyindən qalıq borc kapitallaşdırılaraq annuitet ödəmə qrafikinə çevrilmişdir. 08 yanvar 2025-cü il tarixinə cavabdehin 02 noyabr 2022 il tariхli, 800804- 347054/2 nömrəli krеdit müqaviləsi üzrə 3,396.37 manat məbləğində əsas bоrcu və 419.56 manat faiz borcu оlmaqla, cəmi 3,815.93 (üç min səkkiz yüz on beş (.93)) manat məbləğində kredit bоrcu və 02 noyabr 2022 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.81 manat məbləğində əsas bоrcu və 21.90 manat faiz borcu оlmaqla, cəmi 328.71 (üç yüziyirmisəkkiz(.71)) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə tərəfindən Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlər göndərilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2025-ci il tarixində qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 800804-347054/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik faiz dərəcəsi 21.5 (iyirmi bir tam onda beş) faiz olmaqla 5100 (beş min yüz) manat; xx.xx.2022-ci il tarixli, 800797-pc********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi 24 (iyirmi dörd) faiz olmaqla 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 800804-347054/2 nömrəli kredit müqaviləsi üzrə 08 yanvar 2025-ci il tarixə 3,396.37 manat məbləğində əsas borc və 419.56 manat faiz borcu olmaqla, cəmi borcu 3,815.93 (üç min səkkiz yüz on beş manat doxsan üç qəpik) manat; xx.xx.2022-ci il tarixli, 800797-pc********** nömrəli kredit müqaviləsi üzrə 08 yanvar 2025-ci il tarixə olan borcu 306.81 manat əsas borc, 21.90 manat faiz borcu olmaqla, cəmi 328.71 (üç yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə anadan olmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, ödənişini dövri olaraq ödəməli olduğu halda kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 800804-347054/2 nömrəli kredit müqaviləsi üzrə 3,396.37 (üç min üç yüz doxsan altı manat otuz yeddi qəpik) manat məbləğində əsas borc və 419.56 (dörd yüz on doqquz manat əlli altı qəpik) manat faiz borcu olmaqla, cəmi borcu 3,815.93 (üç min səkkiz yüz on beş manat doxsan üç qəpik) manat; xx.xx.2022-ci il tarixli, 800797-pc********** nömrəli kredit müqaviləsi üzrə 306.81 (üç yüz altı manat səksən bir qəpik) manat əsas borc, 21.90 (iyirmi bir manat doxsan qəpik) manat faiz borcu olmaqla, cəmi 328.71 (üç yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 61.84 (altmış bir manat səksən dörd qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 02 noyabr 2022 il tariхli, 800804-347054/2 nömrəli krеdit müqaviləsi üzrə 3396.37 (üç min üç yüz doxsan altı manat otuz yeddi qəpik) manat məbləğində əsas bоrc və 419.56 (dörd yüz on doqquz manat əlli altı qəpik) manat faiz borcu оlmaqla, cəmi 3,815.93 (üç min səkkiz yüz on beş manat doxsan üç qəpik) manat məbləğində kredit borcun və 02 noyabr 2022 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.81 (üç yüz altı manat səksən bir qəpik) manat məbləğində əsas bоrcu və 21.90 (iyirmi bir manat doxsan qəpik) manat faiz borcu оlmaqla, cəmi 328.71 (üç yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat məbləğində kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 3,703.18 (üç min yeddi yüz üç manat on səkkiz qəpik) manat əsas və 441.46 (dörd yüz qırx bir manat qırx altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə cəmi 4144.64 (dörd min yüz qırx dörd manat altmış dörd qəpik) manat borcun və 61.84 (altmış bir manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-296/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 11 fevral 2025-ci il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclasından kənar baxaraq ayrıca prosessual hərəkət etdi. Posessual hərəkətə 09:50-də başladı. Məhkəmə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata baxaraq, iddianı təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət 10:00-da qurtardı. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-296/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-296/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver