Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-312/2025 14.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə ümumilikdə 800.00 (səkkiz yüz) manat əsas borc, 180.00 (yüz səksən) manat məbləğində hesablanmış gecikmə faiz borcu, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tel:11.10.2021xx.xx.2021-ci il tarixində ona mağazadan aylara bölünmüş şəkildə nisyə ödəməklə razılaşdırılmış Alqı-satqı ilə əlaqədar müraciət etmişdir. Cavabdehin müraciətinə müvafiq olaraq onunla öz aralarında tel:11.10.2021xx.xx.2021-ci il tarixli, 5353 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu, 2.1 bəndində göstərilən pul məbləğini 12 (on iki) ay müddətinə hissə-hissə ödəmək şərti ilə 1200,00 AZN (bir min iki yüz manat) məbləğində bir ədəd mobil telefon- (Samsung A725 128 GB) alışı məqsədilə borclanmışdır. Borclu Alqı-Satqı müqaviləsinin bağlandığı tel:11.10.2021xx.xx.2021-ci il tarixli 5353 saylı müqavilə üzrə borcdan 400,00 AZN (dörd yüz) manat ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun mağazaya ödənilməmiş tel:11.10.2021xx.xx.2021-ci il tarixli 5353 saylı müqavilə üzrə 800,00 AZN (səkkiz yüz manat) məbləğində əsas borcu, müqavilənin 6.1. bəndinə əsasən 180.00 AZN (bir yüz səksən manat) məbləğində hesablanmış gecikmə borcu, cəmi 980,00 AZN (doqquz yüz səksən) manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5353 nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh “Minor Electronics”-dən 1200 manat dəyərində olan 1 (bir) ədəd Samsung A725 128GB model məhsul almış, cavabdeh borclu olduğu 1200 manat məbləğdən cəmi 400 manat ödəniş etmiş və onun xx.xx.2021-cİ il tarixli, 5353 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 800 manat əsas borc, 180 manat faiz borcu qalmışdır. xx.xx.2021-ci il tarixli, 5353 nomrəli Nisyə alqı-satqı müqaviləsinin 1.2-ci və 2.1-ci bəndinə əsasən cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində bir ədəd Samsung A 725 128 GB markalı mobil telefonu 0.00 manat ilkin ödəniş həyata keçirilməklə 12 (on iki) ay müddətinə hər ay 100 (bir yüz) manat hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktına əsasən cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, 5353 nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 400 manat təşkil edir. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçı (“Minor Electronics”-ə) İddiaçı xx.xx.2021-ci il tarixli, 5353 nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 800 (səkkiz yüz) manat əsas borcu və 180 (bir yüz səksən) manat cərimə borcu olmaqla, ümumilikdə 980 (doqquz yüz səksən) manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada bildiriş məktubu göndərsələr də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, cavabdeh “Minor Electronics”-dən 1200 manat dəyərində 1 ədəd Samsung A 725, 128 GB model məhsul almış, nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 100 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 800 (səkkiz yüz) manat əsas borc və 180.00 (bir yüz səksən) manat gecikdirilən günə faiz borcu olmaqla, ümumilikdə 980 (doqquz yüz səksən) manat borcu vardır. xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibari Ərazi Dairəsi üzrə nümayəndəliyinin 10 fevral 2025-ci il tarixli məktubundan görünür ki, məhkəmə bildirişinin Cavabdeh çatdırılması təmin edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1998-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmiş, iddiaçı həmin müqavilə üzrə tələb hüququndan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə etmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 800 (səkkiz yüz) manat əsas borc, 180 (bir yüz səksən) manat cərimə borcu olmaqla, ümumilikdə 980 (doqquz yüz səksən) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 800 (səkkiz yüz) manat əsas borc, 180 (bir yüz səksən) manat faiz borcu olmaqla, ümumilikdə 980 (doqquz yüz səksən) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-312/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:50-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:55-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-312/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-312/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver