Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-326/2025 15.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 7941.38 (yeddi min doqquz yüz qırx bir manat otuz səkkiz qəpik) manat borcun və ödənilmiş 99.42 (doxsan doqquz manat qırx iki qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, BPM**********74 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 21 %-lə 48 ay müddətinə 9600 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş 7941.38 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, Mərhum həyat yoldaşı X5 bankdan kredit pul götürmüş, 2023-cü il dekabr ayının 1-də isə vəfat etmiş və banka borcu qalmışdır. Mərhum həyat yoldaşı vəfat etdikdən sonra yoldaşının adına olan yaşadıqları ev torpaq sahəsi ilə birlikdə, həmçinin sağlığında yoldaşına verilmiş avtomobil mərhumun vərəsəsi olaraq onun mülkiyyətinə keçmişdir. Yoldaşından miras qalmış əmlakın ümumi məbləği təxmini on min manatdan çox olar. Yoldaşının banka olan borc öhdəliyinin vərəsə olaraq onun adına keçməsinə heç bir etirazı olmadığını, borcu tam şəkildə ödəyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq mərhum yoldaşının banka olan borcunun faizsiz şəkildə onun adına keçirilməsini və hissəhissə ödənilməsini xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. AZE seriyalı 07955854 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1957-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olmuşdur. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********74 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X4 illik 21 %-lə 48 ay müddətinə 9600 manat kredit verilmişdir. 2 saylı Gəncə redional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli AZ-İİ 337163 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü il dekabr ayının 7-də 301 nömrəli qeyd aparılmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olan arvadı Cavabdeh miras əmlakdan irs almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak Göygöl rayonu Quşqara kəndində yerləşən paylı mülkiyyətdə ümumi sahəsi 120.7 kv/m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinin miras qoyan X4 məxsus 1/5 hissəsindən ibarətdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, borclu X2 29 noyabr 2024-cü il tarixədək banka 7941.38 (yeddi min doqquz yüz qırx bir manat otuz səkkiz qəpik) ödənilməmiş əsas borc məbləği yaranmışdır. xx.xx.2024-cü il tarixli “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” bildiriş məktubundan görünür ki, X4 borcun ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********74 nömrəli kredit müqaviləsinə əsasən X4 illik 21 %-lə 48 ay müddətinə 9600 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, X1 qalmış mirasa dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş 7941.38 (yeddi min doqquz yüz qırx bir manat otuz səkkiz qəpik) manat əsas borcu qalmışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu qalmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas borcunu vaxtında ödəməmişdir, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas borcu tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, BPM**********74 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 7941.38 (yeddi min doqquz yüz qırx bir manat otuz səkkiz qəpik) manat əsas borc məbləğində pul onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, X2 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********74 nömrəli kredit müqaviləsi üzrə 7941.38 (yeddi min doqquz yüz qırx bir manat otuz səkkiz qəpik) manat əsas borc məbləği tutularaq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 99.42 (doxsan doqquz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 7941.38 (yeddi min doqquz yüz qırx bir manat otuz səkkiz qəpik) manat əsas borc məbləği və məhkəmə xərci qismində 99.42 (doxsan doqquz manat qırx iki qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-326/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-326/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver