Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-328/2025 14.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, cavabdeh Alıyeva (Süleymanova) Nüşabə Faiq qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Alıyeva (Süleymanova) Nüşabə Faiq qızına qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Alıyeva (Süleymanova) Nüşabə Faiq qızına qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 1352.91 (min üç yüz əlli iki manat, doxsan bir) manat əsas borcu, 1.51 (bir manat, əlli bir qəpik) manat faiz borcu olmaq ümumilikdə 1354.42 (min üç yüz əlli dörd manat, qırx iki qəpik) manat əsas borc, kart limiti üzrə 25.57 (iyirimi beş manat, əlli yeddi qəpik manat əsas borcu, 0.94 (doxsan dörd qəpik) manat faiz borcu olmaqla ümumilikdə 26.51 (iyirimi altı manat əlli bir qəpik) manat borc və ödənilmiş 33.81 (otuz üç manat, səksən bir qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında tel:23.12.2021xx.xx.2021-ci il tarixli BPM**********82 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 20 %-lə, 48 ay müddətinə 2000 manat nəğd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir.Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 tel:25.08.2023xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. Daşkəsən Rayon Notariat Ofisinin tel:09.08.2024xx.xx.2024-cü il tarixli, 82 nömrəli məktubundan görünür ki, X2 qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın "Gəncə" filialı tərəfindən təqdim edilmiş tel:29.11.2024xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə 1352.91 manat əsas borcu və 1.51 manat faiz borcu qalmışdır. Həmçinin, bankın "Gəncə" filialı tərəfindən təqdim edilmiş tel:29.11.2024xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş kart limiti üzrə 25.57 manat əsas borcu və 0.94 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün İddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclası zamanı cavabdeh Alıyeva (Süleymanova) Nüşabə Faiq qızı izahatında göstərdi ki, banka olan borcu ödəməyə imkanı yoxdur. Özü heç uşaqlarını dolandıra bilmir. Anası 25 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Anasından miras əmlak 12 sot torpaq sahəsindən ibarətdir, həmin torpaq sahəsi hazırda özünün adınadır. Torpaq başqa adama satılsa da, hələ sənədləşdirilməyib. Odur ki, imkanı olmamasına görə istəyir ki, borc bağlansın. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəklər, odur ki, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. AZE seriyalı 13145345 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1958-ci ildə Xanlar rayonunun Qızılca kəndində anadan olmuş və Göygöl rayonunun Qızılca kəndində qeyiyyatdadır. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM213 ********* nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X4 illik 20 %-lə 48 ay müddətinə 2000 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, borclu X3 29 noyabr 2024-cü il tarixədək banka nəğd kredit üzrə 1352.91 (bir min üç yüz əlli iki manat, doxsan bir qəpik) manat əsas borc, 1.51 (bir manat, əlli bir qəpik) manat faiz borcu; kart limiti üzrə 25.57 (iyirmi beş manat, əlli yeddi qəpik) manat əsas borc, 0.94 (doxsan dörd qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1380,93 (bir min üç yüz səksən manat, doxsan üç qəpik) manat borc məbləği yaranmışdır. xx.xx.2024-cü il tarixli “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” X3 vərəsəsi Cavabdeh ünvanlanmış bildiriş məktubundan görünür ki, Cavabdeh borcun ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 08 ayının 29-cu günündə 274 nömrəli qeyd aparılmışdır. Daşkəsən rayon Dövlət Notariat ofisi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli məktubun surətindən görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Daşkəsən rayon dövlət notariat ofisində mərhumə X3 adına xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılaraq Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olan qızı Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024, nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********25 olan Çıxarışla Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən yaşayış məntəqələri torpaqlarına aid olan 0.12 ha torpaq səhəsi Cavabdeh adına qeyd alınmışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsinə əsasən X4 illik 20 %-lə 48 ay müddətinə 2000 manat nəğd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 1352.91 (bir min üç yüz əlli iki manat, doxsan bir qəpik) manat əsas borc, 1.51 (bir manat, əlli bir qəpik) manat faiz borcu; kart limiti üzrə 25.57 (iyirmi beş manat, əlli yeddi qəpik) manat əsas borc, 0.94 (doxsan dörd qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1380,93 (bir min üç yüz səksən manat, doxsan üç qəpik) manat borcu qalmışdır. Daşkəsən rayon Dövlət Notariat ofisi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli məktubun surətindən görünür ki, Daşkəsən rayon dövlət notariat ofisində mərhumə X3 adına xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılaraq Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olan qızı Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlak Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024, nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********25 olan Çıxarışla Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən yaşayış məntəqələri torpaqlarına aid olan 0.12 ha torpaq səhəsi vərəsə Cavabdeh adına qeyd alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu qalmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmişdir, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq borcu vərəsədən tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, BPM**********82 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu pul onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, cavabdeh Alıyeva (Süleymanova) Nüşabə Faiq qızından nəğd kredit üzrə 1352.91 (bir min üç yüz əlli iki manat, doxsan bir qəpik) manat əsas borc, 1.51 (bir manat, əlli bir qəpik) manat faiz borcu; kart limiti üzrə 25.57 (iyirmi beş manat, əlli yeddi qəpik) manat əsas borc, 0.94 (doxsan dörd qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1380,93 (bir min üç yüz səksən manat, doxsan üç qəpik) manat borc məbləği tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 33.81 (otuz üç manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh Alıyeva (Süleymanova) Nüşabə Faiq qızından nəğd kredit üzrə 1352.91 (bir min üç yüz əlli iki manat, doxsan bir qəpik) manat əsas borc, 1.51 (bir manat, əlli bir qəpik) manat faiz borcu; kart limiti üzrə 25.57 (iyirmi beş manat, əlli yeddi qəpik) manat əsas borc, 0.94 (doxsan dörd qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1380,93 (bir min üç yüz səksən manat, doxsan üç qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 33.81 (otuz üç manat, səksən bir qəpik) manat dövlət rüsumu, 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-328/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-328/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver