Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-336/2025 13.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 7011.62 (yeddi min on bir manat, altmış iki qəpik) manat əsas borcu, 33.83 (otuz üç manat, səksən üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7045.45 (yeddi min qırx beş manat, qırx beş qəpik) manat əsas borc, kart limiti üzrə 300 (üç yüz manat,) manat əsas borcu, 8.73 (səkkiz manat, yetmiş üç qəpik) manat faiz borcu olmaqla ümumilikdə 308.73 (üç yüz səkkiz manat, yetmiş üç qəpik) manat borcun və ödənilmiş 93.55 (doxsan üç manat, əlli beş qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" ASC ilə X6 arasında tel:22.11.2021xx.xx.2021-ci il tarixli BPM**********11 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 23%-lə, 36 ay müddətinə 8200 manat nəğd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X6 arasında tel:04.06.2021xx.xx.2021-ci il tarixli BPM**********62 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 tel:07.07.2022xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 qalmış mirası cavabdehlər qəbul etmişdir. Bankın "Gəncə" filialı tərəfindən təqdim edilmiş tel:29.11.2024xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə 7011.62 manat əsas borcu və 33.83 manat faiz borcu qalmışdır. Həmçinin, bankın "Gəncə" filialı tərəfindən təqdim edilmiş tel:29.11.2024xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş kart limiti üzrə 300 manat əsas borcu və 8.73 manat faiz borcu qalmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. "xxxx" ASC ilə X6 arasında tel:04.06.2021xx.xx.2021-ci il tarixli BPM**********62 nömrəli kredit müqaviləsindən görünür ki, X5 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsindən görünür ki, X5 illik 23 faizlə 36 ay müddətinə 8200 manat kredit verilmişdir. 1 saylı Gəncə redional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli AZ-İİ 280472 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 07 ayının 07 günündə 531 nömrəli qeyd aparılmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh4, həmin ünvanda qeydiyyatda olan oğlu Cavabdeh1, qızı Cavabdeh5, oğlu Cavabdeh2, oğlu Cavabdeh3 miras əmlakdan hər biri bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə ilə verilən miras əmlak Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi DYMX Göygöl rayon X4 hissəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 37/36-272 nömrəli məktuba əsasən miras qoyan X3 adına ayrılmış 3340.88 (üç min üç yüz qırx manat səksən səkkiz qəpik) manat məbləğdə pul vəsaitindən ibarətdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, borclu X3 29 noyabr 2024-cü il tarixədək banka 7011.62 (yeddi min on bir manat altmış iki qəpik) ödənilməmiş əsas borc məbləği yaranmışdır. xx.xx.2024-cü il tarixli “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” bildiriş məktublarından görünür ki, X5 və cavabdehlərə borcun ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış tel:04.06.2021xx.xx.2021-ci il tarixli BPM**********62 nömrəli kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmiş və xx.xx.2021-ci il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsinə əsasən X5 illik 23 faizlə 36 ay müddətinə 8200 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 7011.62 (yeddi min on bir manat, altmış iki qəpik) manat əsas borcu, 33.83 (otuz üç manat, səksən üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7045.45 (yeddi min qırx beş manat, qırx beş qəpik) manat əsas borc, kart limiti üzrə 300 (üç yüz manat,) manat əsas borcu, 8.73 (səkkiz manat, yetmiş üç qəpik) manat faiz borcu olmaqla ümumilikdə 308.73 (üç yüz səkkiz manat, yetmiş üç qəpik) manat borcu qalmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 qalmış mirasa dair Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 13 yanvar 2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən müəyyən olunur ki, Şəhadətnamə ilə verilən miras əmlak Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi DYMX Göygöl rayon X4 hissəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 37/36- 272 nömrəli məktuba əsasən miras qoyan X3 adına ayrılmış 3340.88 (üç min üç yüz qırx manat səksən səkkiz qəpik) manat məbləğdə pul vəsaitindən ibarətdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Belə olan halda iddia tələbinin 7011.62 (yeddi min on bir manat, altmış iki qəpik) manat əsas borcu, 33.83 (otuz üç manat, səksən üç qəpik) manat faiz borcu, kart limiti üzrə 300 (üç yüz manat,) manat əsas borcu, 8.73 (səkkiz manat, yetmiş üç qəpik) manat faiz borcunun tam həcmdə cavabdehlərdən tələb edilməsi hissəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu qalmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmişdir, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq borcu miras həcmində tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 7011.62 (yeddi min on bir manat, altmış iki qəpik) manat əsas borcu, 33.83 (otuz üç manat, səksən üç qəpik) manat faiz borcu; kart limiti üzrə 300 (üç yüz manat,) manat əsas borc, 8.73 (səkkiz manat, yetmiş üç qəpik) manat faiz borcu məbləğində pul, miras qoyan X2 miras qalmış 3340.88 (üç min üç yüz qırx manat səksən səkkiz qəpik) manat həcmində mirası qəbul etmiş vərəsələrindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3340,88 (üç min üç yüz qırx manat, səksən səkkiz qəpik) manat borc məbləği tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 93.55 (doxsan üç manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun 53.40 (əlli üç manat qırx qəpik) manat hissəsi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3340,88 (üç min üç yüz qırx manat, səksən səkkiz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 53.40 (əlli üç manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-336/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-336/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver