Məhkəmə qərarları › İş №e-2(066)-360/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-360/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-360/2025 07.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialarla bağlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələrlə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli RGRR5194805B299 saylı kredit müqaviləsinə əsasən 1563,43 AZN əsas; 396,59 AZN faiz; cəmi 1960,02 AZN məbləğində borcun, xx.xx.2023-cü il tarixli BRCB4383579B299 saylı kartına dair müqaviləyə əsasən 482,22 AZN əsas; 99,49 AZN faiz; cəmi 581,71 AZN borcun və ödənilmiş 45,42 AZN dövlət rüsumunun tutulması barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli RGRR5194805B299 saylı Kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq deyilsə kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4383579B299 saylı Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq deyilsə kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli RGRR5194805B299 saylı kredit müqaviləsinə əsasən 1563,43 AZN əsas; 396,59 AZN faiz; cəmi 1960,02 AZN borcu, xx.xx.2023-cü il tarixli BRCB4383579B299 saylı kredit kartına dair müqaviləyə əsasən 482,22 AZN əsas; 99,49 AZN faiz; cəmi 581,71 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGRR5194805B299 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1563.43 manat əsas, 396.59 manat faiz borcu olmaqla cəmi 1960.02 (min doqquz yüz altmış manat iki qəpik) manat borcu yaranmış, həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4383579B299 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 482,22 manat əsas; 99,49 manat faiz borcu olmaqla cəmi 581,71 (beş yüz səksən bir manat yetmiş bir qəpik) manat borcu yaranmışdır İşdə olan xx.xx.2023-cü il tarixli RGRR5194805B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində manat məbləğində kredit verilmiş, həmçinin İşdə olan xx.xx.2023-cü il tarixli BRCB4383579B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 27 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində manat məbləğində kredit verilmiş İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGRR5194805B299 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1563.43 (min beş yüz altmış üç manat qırx üç qəpik) manat əsas, 396.59 (üç yüz doxsan altı manat əlli doqquz qəpik) manat faiz borcu olmaqla cəmi 1960.02 (min doqquz yüz altmış manat iki qəpik) manat borcu yaranmış, həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4383579B299 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 482,22 (dörd yüz səksən iki manat iyirmi iki qəpik) manat əsas; 99,49 (doxsan doqquz manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla cəmi 581,71 (beş yüz səksən bir manat yetmiş bir qəpik) manat borcu yaranmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan məhkəmə bildirişində Cavabdeh məhkəmə bildirişini və iddia ərizəsinin surətini aldığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə əsas və faiz borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli RGRR5194805B299 saylı kredit müqaviləsi üzrə 1563.43 (min beş yüz altmış üç manat qırx üç qəpik) manat əsas, 396.59 (üç yüz doxsan altı manat əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1960.02 (min doqquz yüz altmış manat iki qəpik) manat məbləğində borc, həmçinin xx.xx.2023-cü il tarixli BRCB4383579B299 saylı kredit müqaviləsi üzrə 482,22 (dörd yüz səksən iki manat iyirmi iki qəpik) manat əsas; 99,49 (doxsan doqquz manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla cəmi 581,71 (beş yüz səksən bir manat yetmiş bir qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cimaddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 45.42 (qırx qırx beş manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli RGRR5194805B299 saylı kredit müqaviləsi üzrə 1563.43 manat əsas, 396.59 manat faiz borcu; xx.xx.2023-cü il tarixli BRCB4383579B299 saylı kredit müqaviləsi üzrə 482,22 manat əsas, 99,49 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 2541.73 (iki min beş yüz qırx bir manat yetmiş üç qəpik) borc məbləği və məhkəmə xərci olaraq ödənilmiş 45.42 (qırx beş manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-360/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələrlə bağlı iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:00-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:10-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar