Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-377/2024 01.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Bank olmayan kredit təşkilatı ASC iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış TK044919 saylı xx.xx.2021-ci il tarixli kredit nüqaviləsinə əsasən yaranmış 225.06 (iki yüz iyirimi beş manat, altı qəpik) əsas borc, 12.94 (on iki manat doxsan dörd qəpik) faiz və komisiya borcu, (0.00) cərimə, ümumilikdə 238.00 (iki yüz otuz səkkiz manat, sıfır qəpik) borcun və 30.00 (otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Bank olmayan kredit təşkilatı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, TK044919 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla 709,00 AZN məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və borcu tam olaraq ödəməmişdir. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, TK044919 saylı kredit müqaviləsi üzrə 225.06 (iki yüz iyirimi beş manat, altı qəpik) əsas əsas borc, 12.94 (on iki manat doxsan dörd qəpik) faiz və komisiya borcu,(0.00) cərimə, ümumilikdə 238.00 (iki yüz otuz səkkiz manat, sıfır qəpik) məbləğində borcu vardır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlər göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan məhkəmə bildirişindən görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İddiaçı Bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, TK044919 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla 709,00 AZN məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-сü il tarixli borca dar arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, TK044919 nömrəli kredit müqaviləsi üzrə borcu 225.06 (iki yüz iyirimi beş manat, altı qəpik) əsas əsas borc, 12.94 (on iki manat doxsan dörd qəpik) faiz və komisiya borcu,(0.00) cərimə, ümumilikdə 238.00 (iki yüz otuz səkkiz manat, sıfır qəpik) təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəliyi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, TK044919 saylı kredit müqaviləsi üzrə 225.06 (iki yüz iyirimi beş manat, altı qəpik) əsas əsas borc, 12.94 (on iki manat doxsan dörd qəpik) faiz və komisiya borcu olmaqla ümumilikdə 238.00 (iki yüz otuz səkkiz) manat borc məbləği alınıb İddiaçı Bank olmayan kredit təşkilatı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 225.06 (iki yüz iyirimi beş manat, altı qəpik) manat əsas, 12.94 (on iki manat doxsan dörd qəpik) faiz və komisiya borcu olmaqla ümumilikdə 238 (iki yüz otuz səkkiz manat) manat borc məbləği və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutulub, İddiaçı Bank olmayan kredit təşkilatı ASC-yə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(066)-377 /2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol xx.xx.2024-cü il Göygöl şəhərində Mən Göygöl rayon məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu İddiaçının və cavabdehin iştirakı olmadan İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Posessual hərəkətə 09:20-da başladı Məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata baxaraq, iddianı təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət 09:30-da qurtardı. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-377/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-377/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver