Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-387/2024 11.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi, Nümayəndə Cavabdeh qarşı «krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 324043-CNS-44392 saylı “Kredit borcunun restruktruziyasiyasına dair müqaviləsinə əsasən Cavabdeh yaranmış borcuna görə 10453,61 manat əsas, 393,12 manat faiz 87,75 manat cərimə borcu olmaqla cəmi 10934,48 manat borca görə və ödənilmiş dövlət rüsumuna görə isə 122,80 manat pulun alınması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi, Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinin təmin edilməsini Məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 324043-CNS-44392 saylı “Kredit borcunun restruktruziyasiyasına dair müqaviləsinə əsasən Cavabdeh 04 iyun 2021-ci il tarixli 324043-1-22919 saylı kredit müqaviləsi üzrə Banka 14 aprel 2023-cü il tarixə mövcud olan borcun kapitallaşdırılmış Cavabdeh 10453,61 manat məbləğində borcu illik 11 faiz şərti ilə 59 ay müddətə ödəməyi öhdəsinə götürmüşdür. 16 oktyabr 2023-cü il tarixə10934,48 manat borcu qalmışdır. Beləliklə Cavabdeh 31 yanvar 2024-cü il tarixə banka 10453,61 manat əsas, 393,12 manat faiz 87,75 manat cərimə borcu olmaqla cəmi cəmi 10934,48 manat borcu yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 14 aprel 2023-cü il tarixli, 324043- CNS-44392 saylı “Kredit borcunun restruktruziyasiyasına dair müqaviləsinə əsasən Cavabdeh 04 iyun 2021-ci il tarixli 324043-1-22919 saylı kredit müqaviləsi üzrə Banka 14 aprel 2023-cü il tarixə mövcud olan borcun kapitallaşdırılmış Cavabdeh 10453,61 manat məbləğində borcu illik 11 faiz şərti ilə 59 ay müddətə ödəməyi öhdəsinə götürmüşdür. Ancaq maddi imkanı aşağı olmasına görə öhdəliyə əməl edə bilməmişdir. Məhkəməiş cavabdehin izahatını dinləyib, materiallarını araşdıraraq beləhesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 324043-CNS-44392 saylı “Kredit borcunun restruktruziyasiyasına dair müqaviləsindən görünür ki, Cavabdeh 04 iyun 2021-ci il tarixli 324043-1-22919 saylı kredit müqaviləsi üzrə Banka 14 aprel 2023-cü il tarixə mövcud olan borcun kapitallaşdırılmış Cavabdeh 10453,61 manat məbləğində borcu illik 11 faiz şərti ilə 59 ay müddətə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarına əlavə edilmiş arayışından məlum olur ki, Cavabdeh 14 aprel 2023-cü il tarixli, 324043-CNS-44392 saylı “Kredit borcunun restruktruziyasiyasına dair müqaviləsi üzrə 31 yanvar 2024-cü il tarixə 10453,61 manat əsas, 393,12 manat faiz 87,75 manat cərimə borcu olmaqla cəmi 10934,48 manat məbləğində borcu yaranmışdır. Mülki işin materiallarına əlavə edilmişxəbərdarlıqvə pretenziya məktublarından görünür ki, cavabdehə borcunun olması barədə bildirilmiş 3 (üç) gün müddətində iddiaçıya borcu ödəməyi tələb olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-i məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 122,80 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 324043-CNS-44392 saylı “Kredit borcunun restruktruziyasiyasına dair müqaviləsinə əsasən Cavabdeh 04 iyun 2021-ci il tarixli 324043-1-22919 saylı kredit müqaviləsi üzrə Banka 14 aprel 2023-cü il tarixə mövcud olan borcun kapitallaşdırılmış Cavabdeh 10453,61 manat məbləğində borcu illik 11 faiz şərti ilə 59 ay müddətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, nağd kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 87,75 manat məbləğində cərimə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bank VTB (Azərbaycan)” ASC cavabdehdən 87,75 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 20 (iyirmi) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir.Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 122,80 manat məbləğində dövlət rüsumunun 115 (bir yüz on beş) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. MəhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair» iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 324043- CNS-44392 saylı “Kredit borcunun restruktruziyasiyasına dair müqaviləsi üzrə 10453,61 manat əsas, 393,12 manat faiz, 20 manat cərimə borcu olmaqla cəmi 10866 (on min səkkiz yüz altmış altı) manat, 73 (yetmiş üç) qəpik borca görə, həmçinin ödənilmiş dövlət rüsumuna görə 115 (bir yüz on beş) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi 67 (altmış yeddi) manat, 75 (yetmiş beş) qəpik hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(066)-387/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-387/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver