Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-390/2025 27.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********15 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən; 1. Nağd kredit ilə əlaqədar 2982.12 manat borcun tutulması; 2. Tam kart krediti ilə əlaqədar isə 287.65 manat əsas borc, 1.35 manat faiz borcu olmaqla, cəmi 289 borcun tutulması; 3. Həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 52.72 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Əcəmi filialı ilə X6 arasında bağlanmış BPM**********15 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 59 ay müddətinə, illik 22.9 faiz dərəcəsi ilə hesablanmaqla, 12300 manat məbləğində nağd kredit, 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla 300 manat məbləğində isə kart krediti verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Göygöl rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən BPM**********15 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehin; 1. xx.xx.2024-cü il tarixinə nağd kredit ilə əlaqədar olaraq 2982.12 manat əsas borcu mövcuddur. 3. xx.xx.2024-cü il tarixinə kart krediti ilə əlaqədar olaraq isə 287.65 manat əsas borc, 1.35 manat faiz borcu olmaqla, cəmi 289 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 52.72 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək mülki iş üzrə iddia tələbini müdafiə etdiklərini bildirmiş, mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsi ilə bağlı məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********15 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X5 59 ay müddətinə, illik 22.9 faiz dərəcəsi ilə hesablanmaqla, 12300 manat kredit verilmişdir. "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********15 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X5 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla 300 manat məbləğində isə kart krediti verilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, X1nun 17 dekabr 2024-cü il tarixədək banka 2982.12 (iki min doqquz yüz səksən iki manat on iki qəpik) ödənilməmiş əsas borc məbləği yaranmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, X1nun 09 dekabr 2024-cü il tarixədək banka 287.65 manat əsas borc, 1.35 manat faiz borcu olmaqla, cəmi 289 manat borc məbləği yaranmışdır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1988ci ildə anadan olmuşdur. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli AZ-İİ 394979 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 01-ci ayının 07-si günündə 15 nömrəli qeyd aparılmışdır. Göygöl rayon notariat ofisi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsələri Göygöl rayonu Xanlar qəsəbəsində qeydiyyatda olan anası Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak “Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti”nin xx.xx.2024-cü il tarixli, 13-1/2-4177/2024 saylı məktubuna əsasən mərhum X4 adına olan 3018,83 (üç min on səkkiz manat səksən üç qəpik) manat pul vəsaitindən ibarətdir. xx.xx.2024-cü il tarixli “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” bildiriş məktublarından görünür ki, X1nun vərəsəsi Cavabdeh borcun ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Beləliklə, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********15 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X5 59 ay müddətinə, illik 22.9 faiz dərəcəsi ilə hesablanmaqla, 12300 manat məbləğində nağd kredit, 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla 300 manat məbləğində isə kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bankın “Əcəmi” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 nağd kredit müqaviləsi üzrə Banka ödənilməmiş 2982.12 (iki min doqquz yüz səksən iki manat on iki qəpik) manat əsas borcu, kart krediti üzrə 287.65 manat əsas borc, 1.35 manat faiz borcu olmaqla 289 (iki yüz səksən doqquz) manat borcu qalmışdır. Göygöl rayon notariat ofisi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 qalmış mirasa dair anası Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 07 iyun 2024-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən müəyyən olunur ki, Şəhadətnamə ilə verilən miras əmlak “Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti”nin xx.xx.2024-cü il tarixli, 13-1/2-4177/2024 saylı məktubuna əsasən mərhum X4 adına olan 3018,83 (üç min on səkkiz manat səksən üç qəpik) manat məbləğdə pul vəsaitindən ibarətdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Belə olan halda iddia tələbinin nağd kredit müqaviləsi üzrə 2982.12 manat borcun; kart krediti üzrə 287.65 manat əsas borc, 1.35 manat faiz borcunun tam həcmdə cavabdehdən tələb edilməsi hissəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu qalmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmişdir, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq borcu miras həcmində tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X4 "xxxx" ASC-yə BPM**********15 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borclu olduğu nağd krediti üzrə 2982.12 (iki min doqquz yüz səksən iki manat on iki qəpik) manat əsas borcu, kart krediti üzrə 287.65 manat əsas borc, 1.35 manat faiz borcu məbləğində pul, miras qoyan X3 miras qalmış 3018,83 (üç min on səkkiz manat səksən üç qəpik) manat həcmində mirası qəbul etmiş vərəsədən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh nəğd kredit üzrə 2982.12 (iki min doqquz yüz səksən iki manat, on iki qəpik) manat əsas borc; tam kart krediti üzrə 35.36 (otuz beş manat, otuz altı qəpik) manat əsas borc, 1.35 (bir manat, otuz beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3018,83 (üç min on səkkiz manat, səksən üç qəpik) manat borc məbləği tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50.26 (əlli manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunun 50.18 (əlli manat on səkkiz qəpik) manat hissəsi və 0.80 (səksən qəpik) xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh nəğd kredit üzrə 2982.12 (iki min doqquz yüz səksən iki manat, on iki qəpik) manat əsas borc; tam kart krediti üzrə 35.36 (otuz beş manat, otuz altı qəpik) manat əsas borc, 1.35 (bir manat, otuz beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3018,83 (üç min on səkkiz manat, səksən üç qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 50.18 (əlli manat, on səkkiz qəpik) manat dövlət rüsumu, 0,80 (səksən qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-390/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-390/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver