Məhkəmə qərarları › İş №e-2(066)-411/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-411/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-411/2025 26.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3698,67 AZN əsas; 378,71 AZN faiz; cəmi 4077,38 AZN borcun və ödənilmiş 60,77 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə baxılmadan iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı «Kapital Bank” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək borclunun müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün, işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Məhkəmə hesab edir ki, iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. İş üzrə hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, Mədaxil qəbzin nömrəsi **********, məhkəmənin hesabına ödənilmiş 61,17 (altmış bir manat on yeddi qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçıASC-nin hesabına (bankın VÖEN **********) geri qaytarılsın. Kiçik iddia üzrə sadələşmiş icraat qaydasında baxılan ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-411/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı «Kapital Bank” ASC -nin Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxılır. Prosessual hərəkət saat 10:10-da başladım. İşə baxan hakim olaraq ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq, kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 10:20-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar