Məhkəmə qərarları › İş №e-2(066)-412/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-412/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-412/2025 07.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra-Unibank KB ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2463,64 AZN əsas, 0 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2463,64 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,64 AZN manat ödənilmiş vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Yusibov İlya İdris oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2022 il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-cimaddəsi). Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh aralarında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən əsasən zamin əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdeh zamin müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. X2 İdris oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Elektron xidmətlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vərəsəlik işlərinin açılması barədə portalda qeyd edilən iş üzrə vərəsəlik işinin açılıbaçılmaması yoxlanılmış və vərəsəlik işi açıldığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə yazılan sorğuya xx.xx.2024-cü il tarixdə verilən cavab məktubunda cavabdehlə bağlı hansı notariat hərəkətlərinin aparılması barədə məlumatların banka təqdim edilməsinin qanunvericiliyin tələblərinə zidd olduğu qeyd edilmişdir. Həmçinin cavabdeh zamin kimi kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Yusibov İlya İdris oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 saylı əsas kredit və bank hesabı kredit müqaviləsinə əsasən borcverən borcalana 300.000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 (otuz iki) faiz, minimum 1 (bir) ay, maksimum 120 (yüz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açmışdır. xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən 30 (otuz) ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 5000 (beş min) manat məbləğdə krediti borcalanın mülkiyyətinə vermişdir. Yusibov İlya İdris oğluna kredit verilərkən Cavabdeh ilə Bank arasında xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin X2 İdris oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra vərəsəlik işinin açıldığı müəyyən olunsa da, bank tərəfindən verilən sorğu əsasında vəfat edən şəxsin barəsində aparılan notariat hərəkətlərlə bağlı hər hansı məlumat əldə edilə bilməmişdir. Bu səbəbdən iddiaçı həmin borcun kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürən zamin Cavabdeh tutulmasına dair məhkəmədə iddia qaldırmışdır. Nəticədə cavabdeh (zamin) Cavabdeh "xxxx" KB ASC-yə 2463,64 (iki min dörd yüz altmış üç manat altmış dörd qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla cəmi 2463,64 (iki min dörd yüz altmış üç manat altmış dörd qəpik) manat borcu yaranmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 nömrəli əsas kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdeh Yusibov İlya İdris oğluna 30 (otuz) ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 5000 (beş min) manat məbləğində kredit əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 saylı əlavə kredit müqaviləsi əsasında verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, iddiaçı "xxxx" KB ASC cavabdeh Yusibov İlya İdris oğluna illik 25 faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 nömrəli saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 saylı əlavə kredit müqaviləsi üzrə cavabdeh Yusibov İlya İdris oğlunun müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti Cavabdeh tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan 21 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 1886micGNDJ/22 saylı kredit müqaviləsi üzrə Yusibov İlya İdris oğlunun 2463,64 (iki min dörd yüz altmış üç manat altmış dörd qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla cəmi 2463,64 (iki min dörd yüz altmış üç manat altmış dörd qəpik) manat müəyyən edilir. İşdə olan AZE seriyalı, 17369973 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Yusibov İlya İdris oğlu xx.xx.1967-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İşdə olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 364951 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yusibov İlya İdris oğlu 17 iyun 2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlı məktubundan görünür ki, Yusibov İlya İdris oğluna borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət edilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət edilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh 06 fevral 2025ci il tarixdə məhkəmə bildirişini qəbul etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. X2 İdris oğlu 17 iyun 2023-cü il tarixdə ölümündən sonra vərəsəlik işinin açılması barədə bank tərəfindən verilən sorğu əsasında vəfat edən şəxsin barəsində aparılan notariat hərəkətlərlə bağlı hər hansı məlumat əldə edilə bilməmişdir. Bu səbəbdən iddiaçı həmin borcun kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürən zamin Cavabdeh tutulmasına dair iddia qaldırmışdır. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu və cərimə borcu hesablamamışdır. Buna görə də məhkəmə iddiaçının cavabdehə (zaminə) olan borc tələbini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2–ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh (zamin) Cavabdeh xx.xx.2022-ci il tarixli, 1886micGNDJ/22 saylı kredit müqaviləsi üzrə 2463,64 (iki min dörd yüz altmış üç manat altmış dörd qəpik) manat əsas borc məbləği tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 44,64 (qırx dörd manat altmış dörd qəpik) manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 44,64 (qırx dörd manat altmış dörd qəpik) manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 2463,64 (iki min dörd yüz altmış üç manat altmış dörd qəpik) manat əsas borc məbləği, məhkəmə xərci olaraq 44,64 (qırx dörd manat altmış dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-412/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:10-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:20-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar