Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-423/2024 04.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsi, hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Elnurə Aslanzadə Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4941 (dörd min doqquz yüz qırx bir) manat, 78 (yetmiş səkkiz) qəpik kredit borcu, 656 (altı yüz əlli altı) manat, 70 (yetmiş) qəpik məbləğində faiz borcu və 240 (iki yüz qırx) manat, 87 (səksən yeddi) qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5839 (beş min səkkiz yüz otuz doqquz) manat, 55 (əlli beş) qəpik məbləğində borcun və ödənilmiş 78 (yetmiş səkkiz) manat, 39 (otuz doqquz) qəpik məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsindən məlum olur ki, Cavabdeh 11 fevral 2022-ci il tarixdə İddiaçı QSC-nin ilə bağladığı ərizəyə əsasən, Cavabdeh Bankın internet səhifəsinə yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həminərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 % olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 01 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 7.9-cu bəndinin tələblərini pozaraq götürdüyü kredit üzrə bütün ödəmələri dəfələrlə yubatmış kredit borc və faiz borcudan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 dekabr 2023-cü il tarixdən banka qaytarmamışdır və 4941 (dörd min doqquz yüz qırx bir) manat, 78 (yetmiş səkkiz) qəpik kredit borcu, 656 (altı yüz əlli altı) manat, 70 (yetmiş) qəpik məbləğində faiz borcu və 240 (iki yüz qırx) manat, 87 (səksən yeddi) qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5839 (beş min səkkiz yüz otuz doqquz) manat, 55 (əlli beş) qəpik məbləğində borcu qalmışdır. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdi. Məhkəmə baxış iclasına iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, 11 fevral 2022-ci il tarixdə İddiaçı QSC-nin ilə ərizəyə əsasən, o, əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 % olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 01 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Maddi imkanı olmamasına görə borcunu ödəyə bilməmişdir. Ancaq hesab edirki, cərimə artıq hesablanmışdır. Ona görə də, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş 11 fevral 2022-ci il tarixli (025A********** saylı kredit müqaviləsi) ərizədən məlum olur ki, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 % olmaqla, 36 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Mülki işə əlavə edilmiş ödəniş planından məlum olur ki, 11 fevral 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) üzrə aylıq ödənilməli məbləğ təqribən 261 (iki yüz altmış bir) manat məbləğində təşkil etmişdir. Mülki işə əlavə edilmiş İddiaçı QSC-nin maliyyə arayışından məlum olur ki, Cavabdeh arasında bağlanmış 11 fevral 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) üzrə 22 dekabr 2023-cü tarixə kimi 4941 (dörd min doqquz yüz qırx bir) manat, 78 (yetmiş səkkiz) qəpik kredit borcu, 656 (altı yüz əlli altı) manat, 70 (yetmiş) qəpik məbləğində faiz borcu və 240 (iki yüz qırx) manat, 87 (səksən yeddi) qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5839 (beş min səkkiz yüz otuz doqquz) manat, 55 (əlli beş) qəpik məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktubundan məlum olur ki, cavabdehə 11 fevral 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) üzrə İddiaçı QSC-yə borcu olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 78 (yetmiş səkkiz) manat, 39 (otuz doqquz) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 240 (iki yüz qırx) manat, 87 (səksən yeddi) qəpik məbləğində cərimə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1.-ci maddəsinə əsasən iddia qismən təmin olunduğu üçün iddiaçının ödədiyi 78 (yetmiş səkkiz) manat, 39 (otuz doqquz) qəpik dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 fevral 2022-ci il tarixli ərizə (025A********** saylı kredit müqaviləsi) üzrə 4941 (dörd min doqquz yüz qırx bir) manat, 78 (yetmiş səkkiz) qəpik kredit borcu, 656 (altı yüz əlli altı) manat, 70 (yetmiş) qəpik məbləğində faiz borcu və 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5618 (beş min altı yüz on səkkiz) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat pul Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia cərimə borcunun 220 (iki yüz iyirmi) manat, 87 (səksən yeddi) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(066)-423/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-423/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver