Məhkəmə qərarları › İş №e-2(066)-429/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-429/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-429/2024 31.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 (altı yüz) manat əsas məbləğin və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 1162 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsi bağlanmış, müqavilənin təminatı kimi Kia Forte markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 60 (altmış), ümumi 120 (yüz iyirmi) manat ödəmək şərtiylə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. Avtomobil təhvil verilərkən təhvil-təslim aktı tərtib olunmuş, heç bir qüsur olmamışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və ya lazımınca icra etməmişdir. xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsi təhvil götürülərkən avtomobilin potpresində çatlaq aşkarlanmışdır. Dəymiş ziyan mütəxəssislər tərəfindən 600 (altı yüz) manat məbləğində qiymətləndirilmişdir. Cavabdehə zərərin ödənilməsi ilə bağlı dəfələrlə müracit edilsədə, cavabdeh dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir səy göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 1162 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsindən görünür ki, Kia Forte markalı,**-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 60 (altmış), ümumi 120 (yüz iyirmi) manat ödəmək şərtiylə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh icarəyə verilmişdir. Təhvil-təslim aktlarından görünür ki, Kia Forte markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh icarəyə verilərkən heç bir qüsur olmamış, xx.xx.2023cü il tarixdə nəqliyyat vasitəsi Cavabdeh təhvil götürülmüşdür. xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, Kia Forte markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön şüşə (portpresi) 550 manat və ön şüşənin çıxarılıb yenisinin qoyulması üçün 50 manat olmaqla, dəymiş zərər 600 (altı yüz) manat məbləğində hesablanmışdır. İş materiallarına əlavə edilmiş Pretenziyadan (borcun ödənilməsi barədə görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarəyə verən icarəyə:götürənə icarəyə götürdüyü obyektdən, istifadə ilə yanaşı bəhər götürmə hüququda verir. İcarəyə götürən icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh 600 (altı yüz manat) manat əsas məbləğ tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 600 (altı yüz manat) manat zərər məbləği və 30.40 (otuz manat qırx qəpik) ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-429/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:05-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:15-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar