Məhkəmə qərarları › İş №e-2(066)-473/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-473/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-473/2024 24.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-BOKT "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı BOKT "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «29» mart 2023-cü il tarixli, LDtel:2303291008********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1645.18 (bir min altı yüz qırx beş manat 18 qəpik) manat, faiz borcu üzrə 162.49 (yüz altmış iki manat 49 qəpik) manat, cərimə üzrə 376.27 (üç yüz yetmiş altı manat 27 qəpik) manat olmaqla ümumilikdə 2183.94 (iki min yüz səksən üç manat 94 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 42 (qırx iki) manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2023-cü il tarixli, LDtel:2303291008********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 20 (iyirmi) ay müddətinə «29» noyabr 2024-cü il tarixə qədər ayıq qalıq borcun 29% dərəcəsini tətbiq etməklə 2000 (iki min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 Rasım oğlu ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında «29» mart 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Cavabdeh2 və Cavabdeh1 «04» mart 2024-cü il tarixli arayışa əsasən BOKT "xxxx" ASCyə olan borcunun məbləği əsas məbləğ üzrə 1645.18 (bir min altı yüz qırx beş manat 18 qəpik) manat, faiz üzrə 162.49 (yüz altmış iki manat 49 qəpik) manat, cərimə üzrə 376.27 (üç yüz yetmiş altı manat 27 qəpik) manat olmaqla ümumilikdə 2183.94 (iki min yüz səksən üç manat 94 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı BOKT "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən borcverən 20 (iyirmi) ay müddətinə, xx.xx.2024-cü il tarixinədək illik 29 (iyirmi doqquz) faiz ödəmək şərtilə 2000 (iki min) manat məbləğdə krediti borcalanın mülkiyyətinə vermişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 29 mart 2023-cü il tarixli, LD********** saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin 29 noyabr 2024cü il tarixə 29 mart 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" ASC-yə 1645.18 (bir min altı yüz qırx beş manat on səkkiz qəpik) manat, faiz üzrə 162.49 (bir yüz altmış iki manat qırx doqquz qəpik) manat, cərimə üzrə 376.27 (üç yüz yetmiş altı manat iyirmi yeddi qəpik) manat olmaqla, ümumilikdə 2183.94 (iki min yüz səksən üç manat doxsan dörd qəpik) manat borcları yaranmışdır. İşdə olan 29 mart 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı BOKT "xxxx" ASC Cavabdeh2 illik 29 (iyirmi doqquz) % faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit vermişdir. İşdə olan 29 mart 2023-cü il tarixli, LD********** saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti Cavabdeh1 tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan 04 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 29 mart 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 borc məbləği 1645.18 (bir min altı yüz qırx beş manat on səkkiz qəpik) manat, faiz üzrə 162.49 (bir yüz altmış iki manat qırx doqquz qəpik) manat, cərimə üzrə 376.27 (üç yüz yetmiş altı manat iyirmi yeddi qəpik) manat olmaqla, ümumilikdə 2183.94 (iki min yüz səksən üç manat doxsan dörd qəpik) manat müəyyən edilir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2 borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1995-ci ildə anadan olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi və kredit öhdəliyinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə əsas, faiz və cərimə borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu və cərimə borcu hesablamışdır. Buna görə də məhkəmə əsas, faiz və cərimə borcunun tamamını cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehə (zaminə) münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2–ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 29 mart 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 1645.18 (bir min altı yüz qırx beş manat on səkkiz qəpik) manat, faiz üzrə 162.49 (bir yüz altmış iki manat qırx doqquz qəpik) manat, cərimə üzrə 376.27 (üç yüz yetmiş altı manat iyirmi yeddi qəpik) manat olmaqla, ümumilikdə 2183.94 (iki min yüz səksən üç manat doxsan dörd qəpik) manat məbləğində borc tutularaq iddiaçı BOKT "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 42 (qırx iki) manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Tofiq oğlundan müştərək qaydada 29 mart 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 1645,18 manat əsas, 162,49 manat faiz, 376,27 manat cərimə borcu olmaqla ümumilikdə 2183,94 (iki min bir yüz səksən üç manat doxsan dörd qəpik) borc məbləği və məhkəmə xərci olaraq ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu tutulub Bank olmayan kredit təşkilatı "xxxx" ASC-yə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev İş № 2(066)-473/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 14:50-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 15:00-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan ____ İş № 2(066)-473/2024 xx.xx.2024-cü il Bank olmayan kredit təşkilatı "xxxx" ASC -yə Bakı ş., Nərimanov rayonu, Ələsgər Qayıbov küç.,10 Q, SDN Biznes Mərkəzi, 3-cü mərtəbəsi Surəti: Cavabdeh2 Göygöl şəhəri, H.Əliyev prospekti ev 67, mənzil 5 Surəti: Cavabdeh1 Tofiq oğluna Göygöl rayonu Aşıqlı kəndi Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-473/2024 nömrəli qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: mətn üzrə, 03 vərəqə-hər ünvana Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar