Məhkəmə qərarları › İş №e-2(066)-495/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-495/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-495/2025 22.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********15 saylı, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasənnağd kredit üzrə 4389.49 AZN əsas və 29.19 AZN faiz borcu olmaqla cəmi 4418.68 (dörd min dörd yüz on səkkiz manat altmış səkkiz qəpik) AZN kredit borcunun, ödənilmiş 64.19 (altmış dörd manat on doqquz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu X8 "xxxx" ASC ilə bağladığı BPM**********15 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 4600 manat məbləğində nağd kredit verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X8 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1402 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1i ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2025-ci il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 4389.49 AZN əsas, 29.19 AZN faiz borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göygöl Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(066)-495/2025 nömrəli (hakim R.Mustafayev) qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-967/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2(066)-495/2025 nömrəli qərardadının ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair işə mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 07745241 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1955-ci ildə Xanlar rayonunun Haça Qaya kəndində anadan olmuşdur. "xxxx" ASC ilə X8 arasında bağlanmış BPM**********15 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X5 illik 22 %-lə 44 ay müddətinə 4600 manat kredit verilmişdir. Göygöl rayon Qırıqlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, AZ-İİ 240363 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci il yanvar ayının 17-də 01 nömrəli qeyd aparılmışdır. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 961 nömrəli və xx.xx.2025-ci il tarixli 984 nömrəli məktublarında xx.xx.1955-ci ildə doğulmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 adına 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açıldığı, miras əmlaka dair vərəsələrdən Göygöl rayonu Haça Qaya kəndində qeydiyyatda olan arvadı-Cavabdeh vərəsəliyi qəbul etdiyi, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almadığı göstərilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, borclu X3 xx.xx.2025-ci il tarixədək banka 4389.49 AZN əsas və 29.19 AZN faiz borcu olmaqla cəmi 4418.68 (dörd min dörd yüz on səkkiz manat altmış səkkiz qəpik) AZN borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” bildiriş məktubundan görünür ki, Cavabdeh borcun ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki,"xxxx" ASC ilə X8 arasında bağlanmış BPM**********15 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X4 illik 22 %-lə 44 ay müddətinə 4600 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 961 nömrəli və xx.xx.2025-ci il tarixli 984 nömrəli məktublardan görünür ki, X1 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş 4389.49 AZN əsas və 29.19 AZN faiz borcu olmaqla cəmi 4418.68 (dörd min dörd yüz on səkkiz manat altmış səkkiz qəpik) AZN borcu qalmışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu qalmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas borcunu vaxtında ödəməmişdir, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas borcu tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 "xxxx" ASC-yə BPM**********15 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 4389.49 manat əsas borc, 29.19 manat faiz borcu olmaqla ümumilikdə 4418.68 (dörd min dörd yüz on səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində pul onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, X3 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********74 nömrəli kredit müqaviləsi üzrə 4389.49 AZN əsas və 29.19 AZN faiz borcu olmaqla cəmi 4418.68 (dörd min dörd yüz on səkkiz manat altmış səkkiz qəpik) AZN borc məbləği tutularaq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cimaddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 64.19 (altmış dörd manat, on doqquz qəpik) manat dövlət rüsumu, 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh nəğd kredit üzrə 4389.49 manat əsas borc, 29.19 manat faiz borcu olmaqla ümumilikdə 4418.68 (dörd min dörd yüz on səkkiz manat, altmış səkkiz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 64.19 (altmış dörd manat, on doqquz qəpik) manat dövlət rüsumu, 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar