Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-58/2025 11.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 006A********** saylı krеdit razılaşması üzrə 5483.97 manat krеdit bоrcu, 1800.36 manat faiz bоrcu və 1657.02 manat cərimə borcu olmaqla, cəmi 8941 (səkkiz min doqquz yüz qırx bir) manat 35 qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 109.40 manatın tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əliyev Fazil Ağasəməd oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddimin) manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1516.03 manat ödəniş etmiş və оnun iddiaçıya 5483.97 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Əliyev Fazil Ağasəməd oğlu kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-ci il tarixə 868 gün üçün hesablanmış faiz borcu 1800.36 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdiriln gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 868 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1657.02 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Əliyev Fazil Ağasəməd oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq məhrumun ölümü ilə bağlı vərəsəlik işinin açıldığı və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi bildirilmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Məlumat üçün bildirirlər ki, iddiaçı AccessBank QSC tərəfindən cavabdeh Əliyev Fazil Ağasəməd oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia qaldırılmış, məhkəmə icraatı dövründə borcunun vəfat etməsi müəyyən edildiyindən icraat dayandırılaraq onun hüquqi varisləri müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-31/2023 saylı qətnaməsi ilə hüquqi varislərə qarşı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(104)-2483/2023 saylı qərardadı ilə borclunun apellyasiya şikayəti təmin edilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-31/2023 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Əliyev FazilAğasəməd oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə və zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 006A********** saylı krеdit razılaşması üzrə 5483.97 manat krеdit bоrcu, 1800.36 manat faiz bоrcu və 1657.02 manat cərimə borcu olmaqla, cəmi 8941 (səkkiz min doqquz yüz qırx bir) manat 35 qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 109.40 manatın tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Əliyev Fazil Ağasəməd oğlu İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 7000 (yeddimin) manat məbləğində kredit verilmişdir. O borcundan müəyyən qədər ödənişlər etmiş, xx.xx.2021-ci il tarixdən onun ödənişləri dayanmış və gecikməyə düşmüşdür. O, götürdüyü kredit bоrcundan 1516.03 manat ödəniş etmiş və оnun iddiaçıya hal-hazırda 5483.97 manat məbləğində kredit bоrcu qalmışdır. Əliyev Fazil Ağasəməd oğlu kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-ci il tarixə 868 gün üçün hesablanmış faiz borcu 1800.36 manat təşkil edir. Həmçinin eyni tarixə xx.xx.2024-ci il tarixə hesablanmış cərimə isə 1657.02 manat təşkil edir. Cəmi 8941 (səkkiz min doqquz yüz qırx bir) manat 35 qəpik borc məbləğ təşkil edir. Onlar borc məbləği ilə bağlı əvvəl Göygöl Rayon Məhkəməsində iddia qaldırmışlar, proses zamanı müəyyən edilmişdir ki, cavabdeh Əliyev Fazil Ağasəməd oğlu vəfat etmiş, buna görə icraat dayanmış, daha sonra vərəsəlik işi açılmış və icraat davam etdirilmiş, onların iddiası qismən təmin edilmiş, həmin qətnamədən qarşı tərəf şikayət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onların iddiası baxılmamış saxlanılmışdır. Qərarın baxılmamış saxlanılmasının səbəbi onların cavabdehin ölməsindən sonra məhkəməyə müraciət etmələri olmuşdur. Bundan sonra onlar hazırkı iddia ilə Göygöl Rayon Məkhəməsində vərəslərə qarşı iddia qaldırmışlar. Əlavə olaraq bildirdi ki, vərəsələrin miras-əmlkala bağlı nə əldə etmələrini bilmir. Lakin tərəflərindən notariusa sorğu edilmiş və sorğuda məhrumun ölümü ilə bağlı vərəsəlik işinin açıldığı və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi bildirilmişdir. Şəhadətnamə verilən miras “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət döbründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci i 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. Əliyev Fazil Ağasəməd oğlunun adına əmlak olub-olmaması barədə sorğu verilmiş lakin onun adına hər hansı əmlak aşkar edilməmişdir. Əliyev Fazil Ağasəməd oğlunun adına qalmış 694.48 manat dəfin pulundan məlumatları olmamış və hazırda da qeyd olunan məbləğlə bağlı tələbləri yoxdur. Onların tələbləri fərmana əsasən mərhum Əliyev Fazil Ağasəməd oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar bir dəfəlik ödənilmiş 6600 manat məbləğlə bağlıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 006A********** saylı krеdit razılaşması üzrə 5483.97 manat krеdit bоrcu, 1800.36 manat faiz bоrcu və 1657.02 manat cərimə borcu olmaqla, cəmi 8941 (səkkiz min doqquz yüz qırx bir) manat 35 qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 109.40 manatın tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh4 cavabdehlər siyahısından xaric edilməsinə etirazı yoxdur. Onun atası Əliyev Fazil Ağasəməd oğlunun adına mülk yoxdur. Onlar dövlət tərəfindən verilmiş jek evində yaşayırlar və dövlətə hər ay müəyyən miqdarda kirayə ödəyirlər. O və onun ailə üzvləri 1 saylı Asan Xidmət mərkəzində atasından qalan hər şeydən imtina etmişlər və həmin vaxt onların 6600 manat məbləğində bir dəfəlik ödənişdən məlumatları olmamışdır. Onların mirasdan imtinları olmasına baxmayaraq, onlara pul verilmiş o, bununla əlaqədar müraciət etdikdə ona bu pulun cənab prezidentin fərmanı əsasında yardım məqsədilə verilməsini və vərəslərə bir başa çatmasını bildirmişlər. Vərəsəlik haqqında şəhadətnamələr verildikdə onlardan heç bir rüsum tutulmamışdır. Həmin pul atasının 1992-1997-ci illərdə olan döyüşlərdə yaralanması səbəbindən verilmiş sığorta ödənişdir. O, 1 saylı Asan Xidmət mərkəzində atasının banka borcu olmasını bildirmiş, həmin vaxt onlar ona pulun cənab prezidentin fərmanı əsasında verilmiş sığorta pulu olması və həmin məbləğdən heç bir qurumun onlardan istəyə bilməməsini bildirilmişlər. Onlara 6600 manat pul verilmiş və həmin məbləğ 4 nəfər arasında 1650 manat olmaqla bölünmüşdür. Əlavə olaraq bildirdi ki, onun atası xx.xx.2021-ci ildə rəhmətə getmiş, həmin pul məbləği isə 2022-ci ilin avqust ayında verilmişdir. Onlar vərəsəlik işi açdırmamışlar. Onlar miras əmlakdan imtina etmələrinə baxmayaraq, yenədə həmin sığorta məbləği onlara ödənmişdir. Onlar müraciət etməmişlər, sığorta ödənişinin vərəsələr arasında paylanmalı olmasını və məcburi qaydada verilməli olması bildirilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarıda vardır ki, sığorta pulu məbləği miras payı sayılmır. Konstitusiya Məhkəməsinin qərarının və göstərmiş olduğu sübutların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC və Əliyev Fazil Ağasəməd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən bank 24 ay müddətinə illik 18 (on səkkiz) faiz ödəmək şərtilə 7000 (yeddi min) manat məbləğində krediti sifariş verilmişdir və tərəfər arasında imzalanaraq rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Fazil Ağasəməd oğlunun xx.xx.2021-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən 5483,97 manat əsas, 1800,36 manat faiz, 1657,02 manat cərimə borcu, cəmi 8941,35 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 049535 saylı vəsiqənin sürətindən görünür ki, Əliyev X2 müharibəsi əlilidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 211949 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Fazil Ağasəməd oğlu 03 noyabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin noyabr ayının 03-cü günündə 1017 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Gəncə regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 443394 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 21 oktyabr 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin oktyabr ayının 25-ci günündə 805 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1417 nömrəli məktubundan görünür ki, xx.xx.2021ci il tarixdə ölmüş Əliyev Fazil Ağasəməd oğlunun ölümü ilə bağlı Göygöl rayonu, Fizuli qəsəbəsi ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariaat ofisində vərəsəlik işi açılmışdır və xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-818, 819, 820 və 821 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2V-818, 2V-819, 2V-820 və 2V- 821 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət döbründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci i 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2V-702 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsəsi olan oğlu Cavabdeh1 və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********9 olan məktubuna əsasən miras qoyan- Əliyev Fazil Ağasəməd oğlunun adına qalmış 694.48 manat pul vəsaitindən ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-2-230158/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına (bundan sonra - Fərman) əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları eməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Fərmana əsasən mərhum Əliyev Fazil Ağasəməd oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyinə uyğun olaraq 6600 manat məbləğdə birdəfəlik ödəmə proaktiv qaydada icra edilmişdir. Məlum olduğu kimi təyinat aparılmış, lakin vəfat etmiş şəxslərə münasibətdə birdəfəlik ödəmə məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən vərəsəlik hüququ təyin olunmuş müharibə əlilinin vərəsəsinə (vərəsələrinə) köçürülür. Ədliyyə Nazirliyi tərəfindən təyin edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmiş pay bölgüsünə əsasən sizə təyin edilmiş 1650 manat 2022-ci il 26 avqust tarixində və vərəsə Cavabdeh2 təyin edilmiş 1650 manat məbləğində birdəfəlik ödəmə 2023-cü il 13 yanvar tarixində etibarnamə əsasında adına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Əliyev Fazil Ağasəməd oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.20210-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlundan ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ona məxsus olan bütün miras əmlakdan onlara çatası miras payı qəbul etməkdən imtina etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası Əliyev Fazil Ağasəməd oğlundan ölümündən sonra, bütün əsaslarla ona çatan miras payından, miras qoyanın oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı QSC ilə cavabdeh Əliyev Fazil Ağasəməd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinin (ərizəsi) ləğv edilməsi, Cavabdeh1, X3 və Cavabdeh3 5483,97 manat əsas, 449,65 manat faiz, 5 manat cərimə borcu olmaqla, cəmi 5938,62 (beş min doqquz yüz otuz səkkiz manat altmış iki qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun 79.39 manatı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2483/2023 saylı qərardadından görünür ki, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066)-31/2023 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə qərardad çıxarılması, iddia ərizəsisinin baxılmamış saxlanılması və apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Belə ki, təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı QSC və Əliyev Fazil Ağasəməd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən bank 24 ay müddətinə illik 18 (on səkkiz) faiz ödəmək şərtilə 7000 (yeddi min) manat məbləğində krediti sifariş verilmişdir və tərəfər arasında imzalanaraq rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Fazil Ağasəməd oğlunun xx.xx.2021-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən 5483,97 manat əsas, 1800,36 manat faiz, 1657,02 manat cərimə borcu, cəmi 8941,35 manat borcu yaranmışdır. Əliyev Fazil Ağasəməd oğlu kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-ci il tarixə 868 gün üçün hesablanmış faiz borcu 1800.36 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdiriln gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməli,. xx.xx.2024-cü il tarixə 868 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1657.02 manat təşkil edir. Əliyev Fazil Ağasəməd oğlu 03 noyabr 2021-ci il tarixdə ölmüş və ondan miras əmlak qalmamışdır. Həmçinin müəyyən edilmişdir, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına (bundan sonra - Fərman) əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları eməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi barədə fərmana əsasən mərhum Əliyev Fazil Ağasəməd oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyinə uyğun olaraq 6600 manat məbləğdə birdəfəlik ödəmə proaktiv qaydada icra edilmiş, xx.xx.2022-ci il tarixli, 2V-818, 2V-819, 2V-820 və 2V-821 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 hər biri ¼ hissədə irs almaları və şəhadətnamə ilə verilən miras “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarət olmuş, 6600 manat məbləğdə birdəfəlik ödəmə Əliyev Fazil Ağasəməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında bərabər şəkildə paylaşılmış, bundan sonra Cavabdeh4 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və iddiaçının ərizəsinə əsasən cavabdehlərin siyahısından çıxarılmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti vərəsəlik hüququ haqda şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsələrinin həmin məbləği almalarına əsas tutaraq mərhumun bank qarşısında ödənilməmiş kredit borcunu həmin şəxslərdən yəni iş üzrə cavabdehlərdən tələb edir. Cavabdehlər iddia tələbini qəbul etməyək aldıqları məbləğin miras əmlak hesab edilməməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1312-ci maddəsinə əsasən əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə,
1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. Müəyyən edilsin ki:2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir; 2.2. bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarından görünür ki, 1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. 2. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qəradada göstərmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət verərək, maddi hüquq normalarının tələblərini, məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları nəzərə alaraq belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət döbründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödənilən vəsait 6600 manat məbləğində birdəfəlik ödəmə miras əmlak hesab edilmədiyi üçün, digər miras əmlakı olmayan xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsələrindən həmin məbləği almalarına isnad edilərək onun bank qarşısında öhdəliyini həmin məbləği almış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb edilməsi əsassızdır. Odur ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsümu və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev