Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-583/2025 03.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2024-cü il tarixli, RPZFN- 00877-06/24A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2025-ci il tarixinə ödənilməmiş 12448.02 manat əsas borc, 342.08 manat faiz borcu, 33.81 manat dəbbə borcu, ümumilikdə 12823.91 (on iki min səkkiz yüz iyirmi üç manat doxsan bir qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 128.47 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2024-cü il tarixli, RPZFN-00877- 06/24A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 34 ay müddətinə illik 17.99 faiz ödəmək şərti ilə 12.738 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 26 noyabr 2024-cü il tarixdə iddiaçıyla RPZFNZ-00877- 06/24A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə aralarında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Mülki Məcəllənin 472-ci maddəsində də müvafiq olaraq deyilir ki, zaminlik müqaviləsində zamin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə hesablanmış və ödənilməmiş 12448.02 manat əsas borc, 342.08 manat faiz borcu, 33.81 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2025-ci il tarixinə ümumi borcu 12823.91 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında 26 noyabr 2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Belə ki, cavabdeh banka müraciət edərək istehlak məqsədləri üçün ona kredit ayrılmasını istəmiş və bank tərəfindən cavabdehə 34 ay müddətinə illik 17.99 faiz ödəmək şərti ilə 12.738 (on iki min manat yeddi yüz otuz səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğini bankdan əlbəəl götürmüşdür. Cavabdeh banka olan kredit borcundan 26 noyabr 2024-cü ildə ödəmiş olduğu 95.66 (doxsan beş manat altmış altı qəpik) manat məbləğində pul cavabdehin dəbbə borcundan silinmiş, həmçinin cavabdehin xx.xx.2025-ci il tarixdə ödəmiş olduğu 502.17 (beş yüz iki manat on yeddi qəpik) manat məbləğində pulun 289.98 manat hissəsi əsas borcdan, 193.34 manat hissəsi faiz borcundan, 18.85 manat hissəsi isə dəbbə borcundan silinmişdir. Hazırda borclunun 12448,02 manat əsas borcu, 342.08 manat faiz borcu, 33.81 manat dəbbə borcu olmaqla cəmi 12823.91 (on iki min səkkiz yüz iyirmi üç manat doxsan bir qəpik) manat banka borcu, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 128.47 manat dövlət rüsumu və xidmət haqqı ilə bağlı 0.4 manat banka borcu yaranmışdır. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddia ərizəsində göstərilən məbləğin və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddaçı Bank "xxxx" ASCnin nümayəndəsi Nümayəndə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Məhkəmə cavavbdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib işin faktiki hallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı «Bank BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2024-cü il tarixli RPZFN-00877-06/24A saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədi ilə 34 ay müddətinə illik 17.99 faiz ödəmək şərti ilə 12.738 (on iki min manat yeddi yüz otuz səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə «Bank BTB” ASC-yə 12448.02 manat əsas borc, 342.08 manat faiz borcu, 33.81 cərimə borcu olmaqla, cəmi 12823.91 (on iki min səkkiz yüz iyirmi üç manat doxsan bir qəpik) manat borcu yaranmışdır. İşdə olan 26 noyabr 2024-cü il tarixli RPZFN-00877-06/24A saylı kredit müqaviləsi və ona əlavə edilmiş 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 istehlak məqsədi ilə 34 ay müddətinə illik 17.99 faiz ödəmək şərti ilə 12.738 (on iki min manat yeddi yüz otuz səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan 26 noyabr 2024-cü il tarixli RPZFNZ-00877-06/24A saylı zaminlik müqaviləsindən görünür ki, 26 noyabr 2024-cü il tarixli RPZFN-00877-06/24A saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliyinin icrasının təminatı olaraq «Bank BTB” ASC filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və kredit götürənlə birgə məsuliyyəti müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı «Bank BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2024-cü il tarixli RPZFN-00877-06/24A saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixə «Bank BTB” ASC-yə 12448.02 manat əsas borc, 342.08 manat faiz borcu, 33.81 cərimə borcu olmaqla, cəmi 12823.91 (on iki min səkkiz yüz iyirmi üç manat doxsan bir qəpik) manat borcu yaranmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1958-ci ildə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1989-cu ildə anadan olmuşdur. İş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh1 məhkəmə bildirişini 18 aprel 2025-ci il tarixdə qəbul etmişdir. 03 noyabr 2023-cü il tarixli, SQ seriyalı ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh1 N nömrəli hərbi hissədə baş gizir vəzifəsində işləyir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə əsas və faiz borc məbləğlərinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin məcəllənin 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmış, həmin müqavilə ilə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq, ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. Odur ki, iddiaçının tələbi haqlıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 noyabr 2024-cü il tarixli RPZFN-00877-06/24A saylı kredit müqaviləsi üzrə 12448.02 manat əsas borc, 342.08 manat faiz borcu, 33.81 cərimə (dəbbə) borcu olmaqla, cəmi 12823.91 (on iki min səkkiz yüz iyirmi üç manat doxsan bir qəpik) manat məbləğində borc müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cimaddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 128.47 (yüz iyirmi səkkiz manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12448.02 manat əsas, 342.08 manat faiz, 33.81 manat cərimə (dəbbə) borcu olmaqla cəmi 12823.91 (on iki min səkkiz yüz iyirmi üç manat, doxsan bir qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 128,47 (bir yüz iyirmi səkkiz manat, qırx yeddi qəpik) manat dövlət rüsumu, 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-583/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-583/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver