Məhkəmə qərarları › İş №e-2(066)-585/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-585/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-585/2025 03.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 3155 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mülki iş 2(066)-425/2025 sayla qeydiyyata alınmış və mülki məhkəmə baxışı mərhələsindədir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki iş 2(066)-585/2025 sayla qeydiyyata alınaraq xx.xx.2025-ci il tarixə məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Hər iki mülki iş Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun icraatına qəbul edilmişdir. Cavabdeh İddiaçı məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, Cavabdeh ona qarşı əmək haqqının ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmiş o, isə Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Odur ki, e-2(066)-585/2025 nömrəli mülki işlə hazırkı 2(066)- 425/2025 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı X1 hər iki mülki işin bir icraatda birləşdirilib baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X5 hər iki mülki işin bir icraatda birləşdirilib baxılmasını məhkəmənin mülahizəsinə buraxmasını bildirdi. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair e-2(066)-585/2025 saylı mülki iş Göygöl Rayon Məhkəməsinin icraatında olmaqla hazırlıq mərhələsində və hazırkı 2(066)-425/2025 saylı mülki iş üzrə eyni tərəflər arasında mübahisə predmetinə dair bir-biri ilə əlaqəli iddia tələbləridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatda olan 2(066)-425/2025 saylı və e-2(066)-585/2025 saylı mülki işlərin eyni tərəflər arasında mübahisə predmetinə dair bir-biri ilə əlaqəli tələblər olmasını, məhkəmənin bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini və 2(066)-425/2025 saylı mülki işin hazırlıq mərhələsinə qaytarılmasını zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia 2(066)-425/2025 saylı mülki iş hazırlıq mərhələsinə qaytarılsın. Göygöl Rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair e-2(066)-585/2025 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair 2(066)-425/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki iş üzrə icraat 2(066)-425/2025 nömrə altında davam etdirilsin və məhkəmə hazırlıq iclası 15 aprel 2025-ci il tarixdə saat 10:00-da Göygöl Rayon Məhkəməsinin inzibati binasında keçirilsin. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar