Məhkəmə qərarları › İş №e-2(066)-606/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-606/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-606/2024 03.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5882 (beş min səkkiz yüz səksən iki) manat, 20 (iyirmi) qəpik əsas, 510 (beş yüz on) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 6392 (altı min üç yüz doxsan iki) manat, 50 (əlli) qəpik məbləğində borcun və ödənilmiş 83 (səksən üç) manat 93 (doxsan üç) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2023-cü il tarixli, RGTK4654697B183 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 59 (əlli doqquz) ay müddətə, illik 20,86 faiz ödmək şərti ilə 5882 (beş min səkkiz yüz səksən iki) manat, 20 (iyirmi) qəpik, məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 02 aprel 2024-cü il tarixə İddiaçı ASC-yə 06 noyabr 2023-cü il tarixli, RGTK4654697B183 saylı kredit müqaviləsinə əsasən 5882 (beş min səkkiz yüz səksən iki) manat, 20 (iyirmi) qəpik əsas, 510 (beş yüz on) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 6392 (altı min üç yüz doxsan iki) manat, 50 (əlli) qəpik məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 83 (səksən üç) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli, RGTK4654697B183 saylı kredit müqaviləsindən və məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 83 (səksən üç) ay müddətə, illik 17 (on yeddi) faiz ödmək şərti ilə 59 (əlli doqquz) ay müddətə, illik 20,86 faiz ödmək şərti ilə 5882 (beş min səkkiz yüz səksən iki) manat, 20 (iyirmi) qəpik, məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 06 noyabr 2023cü il tarixli, RGTK4654697B183 saylı kredit müqaviləsi üzrə 02 aprel 2024-cü il tarixə 5882 (beş min səkkiz yüz səksən iki) manat, 20 (iyirmi) qəpik əsas, 510 (beş yüz on) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 6392 (altı min üç yüz doxsan iki) manat, 50 (əlli) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2023-cü il tarixli, RGTK4654697B183 saylı kredit müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə Cavabdeh 02 aprel 2024-cü il tarixə, 06 noyabr 2023-cü il tarixli, RGTK4654697B183 saylı kredit müqaviləsi üzrə 5882 (beş min səkkiz yüz səksən iki) manat, 20 (iyirmi) qəpik əsas, 510 (beş yüz on) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 6392 (altı min üç yüz doxsan iki) manat, 50 (əlli) qəpik borcu yaranmışdır. Ona görə də, həmin borc Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 85 (səksən beş) manat dövlət rüsumu da, iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdeh 06 noyabr 2023-cü il tarixli, RGTK4654697B183 saylı kredit müqaviləsi üzrə, 5882 (beş min səkkiz yüz səksən iki) manat, 20 (iyirmi) qəpik əsas, 510 (beş yüz on) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 6392 (altı min üç yüz doxsan iki) manat, 50 (əlli) qəpik məbləğindəki borc pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin.

2. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 83 (səksən üç) manat 93 (doxsan üç) qəpik pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar