Məhkəmə qərarları › İş №e-2(066)-615/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-615/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-615/2024 13.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın nümayəndəsi Nümayəndə, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın nümayəndəsi Nümayəndə cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması tələbinə» iddia ərizəsi verərək, cavabdehlərdən mərhum X11 ilə bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli müqaviləyə əsasən 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 127 (bir yüz iyirmi yeddi) manat pulun cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 tutulub Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, mərhum X11 ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bank Gəncə filalı arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsinə əsasən X9 24 ay müddətinə, illik 12% olmaqla 15000 (on beş min) manat, məbləğində kredit vermişdir. X7 06 aprel 2024-cü il tarixə 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik borcu yaranmışdır. X11 15 dekabr 2022-ci il tarixdə ölmüşdür. Cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 X7 vərəsələri olmaqla onun hüquqi varisidirlər. X1 miras qalmış, 8272 (səkkiz min iki yüz yetmiş iki) manat, 89 (səksən doqquz) qəpik sığorta pulundan reyest nömrəsi 2V-106 olan 11 may 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”nə əsasən irs almalıdırlar. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, mərhum X11 onun əri olmuşdur. X6 ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bank Gəncə filalı arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsinə əsasən X9 24 ay müddətinə, illik 12% olmaqla 15000 (on beş min) manat, məbləğində kredit vermişdir. X6 15 dekabr 2022ci il tarixdə ölmüşdür. Ona görə də 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehlər X8 və Cavabdeh2 da Cavabdeh3 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Gəncə filalı ilə X12 arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit sazişindən və 14 noyabr 2022-ci il tarixli məxaric orderindən görünür ki, X9 24 ay müddətinə, illik 12% olmaqla 15000 (on beş min) manat, məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş 06 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X11 ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bank arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli müqaviləyə əsasən 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamədən” məlum olur ki, X11 15 dekabr 2022-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş 11 may 2023-cü il tarixdə təsdiq edilmiş 2V-106 reyest nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”ndən məlum olur ki, cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 mərhum X5 miras qalmış, 8272 (səkkiz min iki yüz yetmiş iki) manat, 89 (səksən doqquz) qəpik sığorta pulundan irs almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik məbləğində cərimə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X11 ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın Gəncə filalı arasında bağlanmış 14 noyabr 2022ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsinə əsasən mərhum X9 24 ay müddətinə, illik 12% olmaqla 15000 (on beş min) manat məbləğində kredit vermişdir. X7 06 aprel 2024-cü il tarixə 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik borcu yaranmışdır. X11 15 dekabr 2022-ci il tarixdə ölmüşdür. Cavabdehlər isə mərhum X7 hüquqi varisidirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edilməsinə görə qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumuna görə 125 (bir yüz iyirmi beş) manat onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması tələbinə» iddiası qismən təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsi üzrə 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 20 (iyirmi) manat penya olmaqla, cəmi 11885 (on bir min səkkiz yüz səksən beş) manat, 16 (on altı) qəpik və ödənilmiş dövlət rüsumuna görə 125 (bir yüz iyirmi beş) manat alınıb iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın xeyrinə ödənilsin. İddia tələbi 284 (iki yüz səksən dörd) manat, 93 (doxsan üç) qəpik hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar