Məhkəmə qərarları › İş №e-2(066)-616/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-616/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-616/2024 08.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması tələbinə» iddia verərək, cavabdehlərdən 20 aprel 2015-ci il tarixli MB/2050 nömrəli kredit müqaviləsinə əsasən 8742,89 manat əsas borc, 3853,50 faiz borcu, 7240,35 manat cərimə, və 2531,11 manat kredit müqaviləsi müddəti bitəndən sonra hesablanmış illik 5 faiz borc olmaqla, 22366,89 manat və ödənilmiş dövlət rüsumuna görə 157,10 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə izahatında göstərdi ki, Cavabdeh3 ilə İddiaçı ASC-nin Gəncə filalı arasında bağlanmış 20 aprel 2015-ci il tarixli MB/2050 nömrəli kredit müqaviləsinə nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə, illik 27% olmaqla 9080 (doquz min səksən) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 20 aprel 2015-ci il tarixli ZM/2050.1 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh1 və 20 aprel 2015-ci il tarixli ZM/2050.2 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8742,89 manat əsas borc, 3853,50 faiz borcu, 7240,35 manat cərimə, və 2531,11 manat kredit müqaviləsi müddəti bitəndən sonra hesablanmış illik 5 faiz borc olmaqla, 22366,89 manat məbləğində borcları yaranmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək hazırkı mülki iş üzrə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia müddətini buraxmasını göstərib, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçının adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 157,10 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin Gəncə filalı ilə Cavabdeh3 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli MB/2050 nömrəli kredit sazişindən və 20 aprel 2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh3 36 ay müddətinə, illik 27% olmaqla 9080 (doquz min səksən) manat məbləğində kredit vermişdir. İş materiallarında olan 20 aprel 2015-ci il tarixli ZM/2050.1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 20 aprel 2015-ci il tarixli MB/2050 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı kimi zamin durmuşdur. İş materiallarında olan 20 aprel 2015-ci il tarixli ZM/2050.2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh3 20 aprel 2015-ci il tarixli MB/2050 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı kimi zamin durmuşdur. Mülki işə əlavə edilmiş 13 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 20 aprel 2015-ci il tarixli MB/2050 nömrəli müqaviləyə əsasən 8742,89 manat əsas borc, 3853,50 faiz borcu, 7240,35 manat cərimə, və 2531,11 manat kredit müqaviləsi müddəti bitəndən sonra hesablanmış illik 5 faiz borc olmaqla, 22366,89 manat borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh3 LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materiallarından məlum olur ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini Cavabdeh3 vermişdir. Lakin cavabdeh kredit müqaviləsi ilə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliкляри vardır. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin iddia müddəti ötürüldüyü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi üçün iddia rədd olunmalıdır. Belə ki, hazırkı mülki iş üzrə müəyyən edilən iddia müddətinin son günü 15 aprel 2021-ci il tarixdə olmuşdur. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə imzaladığı iddia ərizəsi 09 aprel 2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı Məhkəməyə müraciət etmək üçün iddia müddətini keçirmiş və iddia müddətinin üzürlü səbəbdən buraxılmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh3 isə iddia müddətinin tətbiq edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması tələbinə» iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar