Məhkəmə qərarları › İş №e-2(066)-642/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-642/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-642/2024 31.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-İddiaçı ASC-nin) cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı “borcun alınması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı «borcun alınması» tələbinə dair iddia kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4845.74 (dörd min səkkiz yüz qırx beş manat yetmiş dörd qəpik) manat əsas, 46,44 (qırx altı manat qırx dörd qəpik) manat faiz, cəmi 4892,18 (dörd min səkkiz yüz doxsan iki manat on səkkiz qəpik) manat borcun və həmçinin ərizəyə görə ödənilmiş 69,33 (altmış doqquz manat otuz üç qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X5 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 (beş min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X11 arasında xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, X4 xx.xx.2024-cü il tarixinə əsas borcu 4845.74 (dörd min səkkiz yüz qırx beş manat 74 qəpik) manat, faiz borcu 46.44 (qırx altı manat 44 qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №365003 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Əldə etdikləri məlumata əsasən X3 vəfatından sonra 1 saylı Gəncə regional "Asan Xidmət" mərkəzində Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2024cü il tarixində vərəsəlik işi açılmışdır və X3 vərəsəsi - Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyata olan Cavabdehdır. Borcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, X3 vərəsəsi Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd edilir ki, xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin vərəsəsindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 4892.18 (dörd min səkkiz yüz doxsan iki manat on səkkiz qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X12 arasında xx.xx.2023-cü il tarixli ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 15 %-lə 48 ay müddətinə 5000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X12 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin 1 fevral 425 saylı məktubundan görünür ki, X2 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 4845.74 (dörd min səkkiz yüz qırx beş manat yetmiş dörd qəpik) manat əsas, 46,44 (qırx altı manat qırx dörd qəpik) manat faiz, cəmi 4892,18 (dörd min səkkiz yüz doxsan iki manat on səkkiz qəpik) manat məbləğində kredit borcu qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli kredit müqaviləsindən görünür ki, X6 İddiaçı ASC-nin Gəncə filialı tərəfindən illik 15 %-lə 48 ay müddətinə 5000 (beş min) manat kredit verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Alyarov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan 1 saylı “ASAN XİDMƏT” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş arayışdan görünür ki, xx.xx.1965-ci ildə doğulmuş X3 ailə üzvləri xx.xx.1978-ci il təvəllüdlü arvadı Cavabdeh, xx.xx.1999-cu il təvəllüdlü oğlu X17, xx.xx.2000-ci il təvəllüdlü oğlu X18 və xx.xx.2013-cü il təvəllüdlü oğlu X13r. İşdə olan 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin 442 saylı məktubundan görünür ki, mərhum X2 miras qalmış əmlaka xx.xx.2023-cü il təvəllüdlü X14 23 fevral 2014-cü il tarixdə 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 2V-227-228 nömrəli reyestrdə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisi tərəfindən 23 fevral 2014-cü ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri: Göygöl rayonunun Yeni Qızılca kəndində qeydiyyatda olan arvadı Cavabdeh miras əmlakdan 2/3 hissədə, Göygöl rayonunun Yeni Qızılca kəndində qeydiyyatda olan oğlu X19 1/3 hissədə irs almaldırlar. X2 miras qalmış əmlak DTXK Xanlar rayon şöbəsi tərəfindən verilmiş JN- 475A, KOD 50807005 saylı şəhadətnaməyə əsasən 0.23 ha torpaq sahəsindən ibarətdir. İşdə olan notariat işində olan arayışlardan görünür ki, Cavabdeh mərhum X2 miras qalmış Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0.23 ha torpaq sahəsini qəbul etmişdir. İşdə olan Miras payın bağışlanması müqaviləsindən görünür ki, X17 xx.xx.2023-cü ildə ölmüş atası X2 irs qalmış bütün miras əmlakdan ona çatası miras payını anası Cavabdeh bağışlamışdır. İşdə olan 21 sentyabr 1999-cu ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu ildə anadan olmuş X9 atası X12, anası isə Cavabdehdır. İşdə olan 15 dekabr 2000-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci ildə anadan olmuş X10 atası X12, anası isə Cavabdehdır. İşdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 028864 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X19nun atası X12, anası isə Cavabdehdır. İşdə olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 365003 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan Göygöl rayon Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 676597 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan Göygöl rayon Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 525022 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X3 vərəsəsi Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan JN-475A saylı, KOD 50807005 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə 0.23 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Qızılca kənd sakini X8 mülkiyyətinə verilmişdir. İşdə olan nəqliyyat vsaitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21011 markalı, 25BA010 dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İşdə olan AZE seriyalı, 15609218 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonunun Qızılca kəndində doğulmuş, Göygöl rayonunun Qızılca kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmişdir, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas, faiz və cərimə borcunu tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 4845.74 (dörd min səkkiz yüz qırx beş manat yetmiş dörd qəpik) manat əsas, 46,44 (qırx altı manat qırx dörd qəpik) manat faiz, cəmi 4892,18 (dörd min səkkiz yüz doxsan iki manat on səkkiz qəpik) manat pul onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, X3 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 4845.74 (dörd min səkkiz yüz qırx beş manat yetmiş dörd qəpik) manat əsas, 46,44 (qırx altı manat qırx dörd qəpik) manat faiz, cəmi 4892,18 (dörd min səkkiz yüz doxsan iki manat on səkkiz qəpik) manat kredit borcu tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 69,33 (altmış doqquz manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4845.74 (dörd min səkkiz yüz qırx beş manat yetmiş dörd qəpik) manat əsas, 46,44 (qırx altı manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4892,18 (dörd min səkkiz yüz doxsan iki manat on səkkiz qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq ödənilmiş 69,33 (altmış doqquz manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı «Azər-Türk Bank” ASC-nin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev İş № 2(066)-642/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı «Azər-Türk Bank” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 12:35-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:45-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar