Məhkəmə qərarları › İş №e-2(066)-720/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-720/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-720/2024 20.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh Dilan qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********13 nömrəli Kredit müqaviləsi üzrə ödənilməmiş qalan 16100 manat əsas, 775.62 manat faiz borcu olmaqla, cəmi 16875.62 (on altı min səkkiz yüz yetmiş beş manat altmış iki qəpik) manat kredit borcu, 140.63 (yüz qırx manat altmış üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 59 ay müddətinə, illik 28.9 faiz dərəcəsi ilə hesablanmaqla, 16100 (on altı min yüz) min manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 8-ci bəndinə əsasən Cavabdeh bu Müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçrilir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh banka borcu 16100 manat əsas, 775.62 manat faiz borcu olmaqla, cəmi 16875 manat 62 qəpik təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh iddia tələbini qəbul edərək məhkəmə iclasında izahatında bildirdi ki, o bankdan kredit götürdüyü vaxt əmək haqqı almış, lakin daha sonra işdən çıxdığı üçün borcunu ödəyə bilməmişdir. Borc məbləği ilə razılaşır. İddia tələbinin təmin edilməsinə etiraz etmədiyini borc məbləğinin onun təqüdündən tutulmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron ərizə ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə baxış iclasının iştirakımız olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında BPM**********13 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 59 ay müddətinə illik 28,9 faiz olmaqla 16100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Maliyyə arayışına əsasən, Cavabdeh Banka ödənilməmiş xx.xx.2024-cü il tarixinə 16100 manat əsas, 775.62 manat faiz borcu olmaqla, cəmi 16875.62 (on altı min səkkiz yüz yetmiş beş manat altmış iki qəpik) manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş BPM**********13 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Göygöl filialı tərəfindən 59 ay müddətinə illik 28,9 faiz olmaqla 16100 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş BPM**********13 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit məbləğini xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 16100 manat əsas, 775.62 manat faiz borcu olmaqla, cəmi 16875.62 (on altı min səkkiz yüz yetmiş beş manat altmış iki qəpik) manat borcu var. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi kredit götürən cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" ASC-yə BPM**********13 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 16100 manat əsas, 775.62 manat faiz borcu olmaqla, cəmi 16875.62 (on altı min səkkiz yüz yetmiş beş manat altmış iki qəpik) manat borc məbləğində pul tutularaq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 140.63 (bir yüz qırx manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 16100 manat əsas, 775.62 manat faiz borcu olmaqla, cəmi 16875.62 (on altı min səkkiz yüz yetmiş beş manat altmış iki qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 140.63 (bir yüz qırx manat altmış üç qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar