Məhkəmə qərarları › İş №e-2(066)-724/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-724/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-724/2024 10.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı BOKT ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı KB ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 384,80 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 9,28 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 924 manat məbləğində dəbbə pulu, cəmi 1318,08 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pulun tutulmasına və tələbin Cavabdeh1 məxsus olan: 1 (bir) ədəd televizor 50 manat dəyərində, 1 (bir) soyuducu 200 manat dəyərində, 1 (bir) mebel dəsti 300 manat dəyərində, 1 (bir) ədəd yataq dəsti 200 manat dəyərində, 1 (bir) paltaryuyan 100 manat dəyərində, 1 (bir) ədəd stol-stul dəsti 100 manat dəyərində olmaqla, cəmi 950 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 384,80 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 9,28 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 924 manat məbləğində dəbbə pulu, cəmi 1318,08 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pulun iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış tel:15.02.2022xx.xx.2022-ci il tarixli, 2022/00577- EGN №-li istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında tel:15.02.2022xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN-Z1/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış tel:15.02.2022xx.xx.2022-ci il tarixli, 2022/00577- EGN №-li girov müqaviləsinə əsasən, Cavabdeh1 məxsus olan 1 (bir) ədəd televizor 50 manat dəyərində, 1 (bir) soyuducu 200 manat dəyərində, 1 (bir) mebel dəsti 300 manat dəyərində. 1 (bir) ədəd yataq dəsti 200 manat dəyərində, 1 (bir) paltaryuyan 100 manat dəyərində 1 (bir) ədəd stol-stul dəsti 100 manat dəyərində olmaqla, cəmi 950 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadı olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədikləri təqdirdə "borcun qaytarılması" tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. tel:15.02.2024xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 384,80 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 9,28 manat, ödənişlərin gecikdirilməsinə görə hesablınmış 924 manat məbləğində dəbbə pulu, cəmi 1318,08 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 30 (otuz) % ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında tel:15.02.2022xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN-Z1/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında tel:15.02.2022xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli girov müqaviləsi bağlanmış, girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus 1 (bir) ədəd televizor 50 (əlli) manat dəyərində, 1 (bir) soyuducu 200 (iki yüz) manat dəyərində, 1 (bir) mebel dəsti 300 (üç yüz) manat dəyərində, 1 (bir) ədəd yataq dəsti 200 (iki yüz) manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 100 (bir yüz) manat dəyərində. 1 (bir) ədəd stolstul dəsti 100 (bir yüz) manat dəyərində olmaqla, cəmi 950 (doqquz yüz əlli) manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadı olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehlərə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədikləri təqdirdə "borcun qaytarılması" tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər kredit borcu və ona hesablanmış faizləri qaytarmamışlar. Nəticədə cavabdehlərin tel:15.02.2024xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 384,80 (üç yüz səksən dörd manat səksən qəpik) manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 9,28 (doqquz manat iyirmi səkkiz qəpik) manat, ödənişlərin gecikdirilməsinə görə hesablınmış 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində dəbbə pulu, cəmi 1318,08 (bir min üç yüz on səkkiz manat sıfır səkkiz qəpik) manat məbləğində borcları yaranmışdır. İşdə olan İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, illik 30 % ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı KB ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan 1 (bir) ədəd televizor 50 (əlli) manat dəyərində, 1 (bir) ədəd soyuducu 200 (iki yüz) manat dəyərində, 1 (bir) mebel dəsti 300 (üç yüz) manat dəyərində. 1 (bir) yataq dəsti 200 (iki yüz) manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 100 (bir yüz) manat dəyərində və 1 (bir) ədəd stol-stul dəsti 100 (bir yüz) manat dəyərində olmaqla, cəmi 950 (doqquz yüz əlli) manat dəyərində ev əşyalarını girov qoymuşdur. İşdə olan İddiaçı KB ASC ilə Cavabdeh2 arasında bağlanmış tel:15.02.2022xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN-Z1/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, tel:15.02.2022xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN saylı kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti Cavabdeh2 tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan borc haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli kredit müqaviləsi üzrə 15 fevral 2024-cü il tarixinə İddiaçı KB ASC-yə 384,80 (üç yüz səksən dörd manat səksən qəpik) manat əsas, 9,28 (doqquz manat iyirmi səkkiz qəpik) manat faiz, 924,00 (doqquz yüz iyirmi dörd) manat cərimə borcu olmaqla, cəmi 1318,08 (bir min üç yüz on səkkiz manat sıfır səkkiz qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və X1 xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişlər. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu Güllücə kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1965-ci ildə Gürcüstan Respublikası, Marneul rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi və zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişlər. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehlərdən tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından da görünür ki, xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli kredit müqaviləsi üzrə cavabdehlərə 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində dəbbə pulu hesablanmışdır. Məhkəmə hesab edir ki, tələb olunan 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması barədə tələb əsassız və yüksək hesablandığından iddia həmin hissədə qismən təmin edilməli, dəbbə pulu 40 (qırx) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun 884 (səkkiz yüz səksən dörd) manat hissəsində təmin edilməməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 34 (otuz dörd) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun 30 (otuz) manatı cavabdehlərdən tutulub iddiaçıya verilməli, 4 (dörd) manat hissəsi iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli kredit müqaviləsi üzrə İddiaçı KB ASC-yə 384,80 (üç yüz səksən dörd manat səksən qəpik) manat əsas, 9,28 (doqquz manat iyirmi səkkiz qəpik) manat faiz, 40 (qırx) manat dəbbə (cərimə) borcu olmaqla, cəmi 434,08 (dörd yüz otuz dörd manat sıfır səkkiz qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, tutma Cavabdeh1 məxsus 1 (bir) ədəd televizor 50 (əlli) manat dəyərində, 1 (bir) ədəd soyuducu 200 (iki yüz) manat dəyərində, 1 (bir) mebel dəsti 300 (üç yüz) manat dəyərində 1 (bir) yataq dəsti 200 (iki yüz) manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 100 (bir yüz) manat dəyərində və 1 (bir) ədəd stol-stul dəsti 100 (bir yüz) manat dəyərində olmaqla, cəmi 950 (doqquz yüz əlli) manat dəyərində ev əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq satışdan əldə edilən vəsait hesabına kredit borcu ödənilməlidir, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 2022/00577-EGN nömrəli kredit müqaviləsi üzrə İddiaçı KB ASC-yə 384,80 (üç yüz səksən dörd manat səksən qəpik) manat əsas, 9,28 (doqquz manat iyirmi səkkiz qəpik) manat faiz, 40 (qırx) manat dəbbə (cərimə) borcu olmaqla, cəmi 434,08 (dörd yüz otuz dörd manat sıfır səkkiz qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh1 məxsus 1 (bir) ədəd televizor 50 (əlli) manat dəyərində, 1 (bir) ədəd soyuducu 200 (iki yüz) manat dəyərində, 1 (bir) mebel dəsti 300 (üç yüz) manat dəyərində, 1 (bir) yataq dəsti 200 (iki yüz) manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 100 (bir yüz) manat dəyərində və 1 (bir) ədəd stol-stul dəsti 100 (bir yüz) manat dəyərində olmaqla, cəmi 950 (doqquz yüz əlli) manat dəyərində ev əşyalarına yönəldilsin və həmin əşyalar açıq hərracda satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-724/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı BOKT ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 12:00-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:10-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar