Məhkəmə qərarları › İş №e-2(066)-744/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-744/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-744/2024 10.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 6861 (altı min səkkiz yüz altmış bir) manat, əsas məbləğ üzrə, 1164 (min bir yüz altmış dörd) manat, 50 (əlli) qəpik faiz üzrə və 59 (əlli doqquz) manat 72 (yetmiş iki) qəpik cərimə olmaqla, cəmi 8085 (sıkkiz min səksən beş) manat, 22 (iyirmi iki) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat, 91 (doxsan bir) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsindən məlum olur ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli 1082nkNFT/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 05 sentyabr 2028-ci il tarixədək, illik 25% ödəmək şərtilə 6861 (altı min səkkiz yüz altmış bir) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həticədə Cavabdeh 13 may 2024-cü il tarixə 6861 (altı min səkkiz yüz altmış bir) manat, əsas məbləğ üzrə, 1164 (min bir yüz altmış dörd) manat, 50 (əlli) qəpik faiz üzrə və 59 (əlli doqquz) manat 72 (yetmiş iki) qəpik cərimə olmaqla, cəmi 8085 (sıkkiz min səksən beş) manat, 22 (iyirmi iki) qəpik borcu yaranmışdır. Borcunu ödəməsi barədə ona bildiriş göndərməsinə baxmayarq o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 100 (yüz) manat, 91 (doxsan bir) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 06 sentyabr 2023-cü il tarixli 1082nkNFT/23 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 05 sentyabr 2028-ci il tarixədək, illik 25% ödəmək şərtilə 6861 (altı min səkkiz yüz altmış bir) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 13 may 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 6861 (altı min səkkiz yüz altmış bir) manat, əsas məbləğ üzrə, 1164 (min bir yüz altmış dörd) manat, 50 (əlli) qəpik faiz üzrə və 59 (əlli doqquz) manat 72 (yetmiş iki) qəpik cərimə olmaqla, cəmi 8085 (sıkkiz min səksən beş) manat, 22 (iyirmi iki) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli 1082nkNFT/23 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 59 (əlli doqquz) manat 72 (yetmiş iki) qəpik məbləğində cərimə pulu azaldılaraq 15 (on beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli 1082nkNFT/23 nömrəli kredit müqaviləsi əsasən bank borcluya 05 sentyabr 2028-ci il tarixədək, illik 25% ödəmək şərtilə 6861 (altı min səkkiz yüz altmış bir) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 sentyabr 2023-cü il tarixli 1082nkNFT/23 saylı kredit və bank hesabı müqaviləsi üzrə 6861 (altı min səkkiz yüz altmış bir) manat, əsas məbləğ üzrə, 1164 (min bir yüz altmış dörd) manat, 50 (əlli) qəpik faiz üzrə və 15 (on beş) manat cərimə olmaqla, cəmi 8040 (səkkiz min qırx) manat, 50 (əlli) qəpik və ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat, alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia 44 (qırx dörd) manat, 72 (yetmiş iki) qəpik hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar