Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-767/2024 02.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçının Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 52 (əlli iki) qəpik əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 55 (əlli beş) qəpik borcun və ödənilmiş 44 (qırx dörd) manat, 22 (iyirmi iki) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməməsini göstərib mülki işə onun iştirakı omadan baxılmasını iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 21 %-lə 30 ay müddətinə 3500 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 04 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Gəncə Regional “Asan Xitməti” Mərkəzinin 17 yanvar 2023-cü il tarixli 1768 nömrəli məktubundan məlum olur ki, X2 miras qalmış əmlakı Cavabdeh tərəfindən qəbul edilmişdir. Bankın “Göygöl” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş nəğd kredit üzrə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 52 (əlli iki) qəpik əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 55 (əlli beş) qəpik borcu qalmışdır. Cavabdeh mərhum X6 ndan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədi və məhkmə iclasında göstərdi ki, X6 onun anasıdır. X1 04 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Ancaq o, X2 miras qalmış əmlaka dair vərəsəlik çahadətnaməsi almamlş, mirası qəbul etməmiş, X1ndan qalmış miras əmlakdan irs almamışdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsindən görünür ki, X5 "xxxx" ASC-nin Göygöl filialı tərəfindən illik 21 %-lə 30 ay müddətinə 3500 manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş Bakı şəhər, Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 04 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş 04 noyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, X5 3500 (üç min beş yüz) manat məbləğində pulu qəbul etmiş və imzalayaraq təsdiq etmişdir. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş Gəncə Regional “Asan Xitməti” Mərkəzinin 17 yanvar 2023cü il tarixli 1768 nömrəli məktubundan məlum olur ki, 10 sentyabr 1954-cü il təvəllüdlü 04 oktyabr 2022-ci il tarixdə ölmüş X3 adına vərəsəlik işi açılmış, onun qızı Cavabdeh vərəsəliyi qəbul etmiş, lakin qanun üzrə vərəsəlikhüququ haqqında şəhadətnamə almamışdır. İşdə olan maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixinə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 52 (əlli iki) qəpik əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 55 (əlli beş) qəpik borcu var. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X6 arasında 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 21 %-lə 30 ay müddətinə 3500 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 04 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Onun qızı Cavabdeh vərəsəliyi qəbul etmiş olsa da, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, X2 qalmış miras əmlakdan irs almamışdır.Ona görə də məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməmiş ondan irs almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” iddia təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(066)-767/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-767/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver