Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-786/2024 27.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə bağlanmış TL-EE000036255 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borc üzrə 999.76 manat, faiz borcu üzrə 381.32 manat olmaqla, cəmi 1381.08 manat tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 33.82 manat dövlət rüsumunun və 0.80 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanmış TL-EE000036255 nömrəli, tel:13.01.2022xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) illik 24 faizlə, 36 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit kart verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən TL- EE000036255 nömrəli tel:13.01.2022xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən tel:22.05.2024xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 999.76 manat, faiz borcu üzrə 381.32 manat olmaqla, cəmi 1381.08 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33.82 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh tel:02.04.2024xx.xx.2024-cü il tarixində 6-2-22/2-10873/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, TL-EE000036255 nömrəli tam kart müqaviləsindən görünür ki, borcluya elektron təsdiq vasitəsilə illik 24 faizlə, 36 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit kartı verilmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahı və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2024-cü il tarixədək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş borcu 999.76 (doqquz yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat, faiz borcu 381.32 (üç yüz səksən bir manat otuz iki qəpik) manat olmaqla, cəmi kredit üzrə 1381.08 (bir min üç yüz səksən bir manat səkkiz qəpik) manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş borcu 999.76 (doqquz yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat, faiz borcu 381.32 (üç yüz səksən bir manat otuz iki qəpik) manat olmaqla, cəmi kredit üzrə borcu 1381.08 (bir min üç yüz səksən bir manat səkkiz qəpik) manat təşkil edir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. DİN-in BPQMİ-nin Maps şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Xanlar rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə Cavabdeh bağlanmış TL-EE000036255 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borc üzrə 999.76 (doqquz yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat, faiz borcu üzrə 381.32 (üç yüz səksən bir manat otuz iki qəpik) manat olmaqla, cəmi 1381.08 (bir min üç yüz səksən bir manat səkkiz qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 33.82 (otuz üç manat səksən iki qəpik) manat dövlət rüsumunun və 0.80 (səksən qəpik) manat xidmət haqqının da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tam kart müqaviləsinə əsasən əsas borc üzrə 999.76 (doqquz yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat, faiz borcu üzrə 381.32 (üç yüz səksən bir manat otuz iki qəpik) manat olmaqla, cəmi 1381.08 (bir min üç yüz səksən bir manat səkkiz qəpik) manatborc məbləği və məhkəmə xərci olaraq 33.82 (otuz üç manat səksən iki qəpik) manat dövlət rüsumu və 0.80 (səksən qəpik) manat xidmət haqqı tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-786/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:45-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:55-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-786/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-786/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver