Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-793/2025 13.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənə məxsus KZS Elektroniks mağazasından əldə etdiyi bir ədəd Lg markalı paltaryuyanın qalıq borcu olan 830 (səkkiz yüz otuz) manat məbləğin və 30 (otuz) manat dövlət rüsumunun alınıb mənə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Elektroniks” adlanan mağazanın fəaliyyəti ilə məşğuldur. Həmin mağazada məişət texnikası avadanlıqlarının pərakəndə satış və daxili kredit vasitəsi ilə müddətli satışını müştərilərə təmin edir. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin istismara götürəcəyi texnikanın dəyərini hissə-hissə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2024-cü ildə mağazalarına yaxınlaşaraq bir ədəd Lg markalı paltaryuyan, dəyəri 1200 (min iki yüz) manat məbləği 12 (on iki) ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu günkü tarixə kimi aylıq ödənişlərinə dair 370 (üç yüz yetmiş) manat məbləğ ödəniş etmişdir. Qalan 830 (səkkiz yüz otuz) manat məbləğə dair heç bir ödəniş etməmişdir. Bundan sonra cavabdehdən öz borcunu ödəməyi tələb etsə də müxtəlif bəhanələrlə onu yubatmışdır. Ona görə hesab edir ki, müqavilə üzrə qalıq borcu olan 830 (səkkiz yüz otuz) manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “İddiaçı1” ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “İddiaçı1” alıcıya dəyəri 1200 manat olan 9 kg tutumlu “LG” markalı paltaryuyanın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqaviləyə əlavə edilmiş qrafik cədvəlinə uyğun olaraq ödəməyi, həmçinin ödənişləri 5 gündən əlavə gecikdirdiyi hər gün üçün qalıq kredit məbləğinin 0,03 faizi miqdarında hesablanmış peniyanı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Təhvil-Təslim aktının surətindən görünür ki, alıcı Cavabdeh 1200 manat dəyərində olan əşyanı (“LG” markalı paltaryuyan) “KZS Elektroniks”in müdiri İddiaçı1 təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 9 kg tutumlu “LG” markalı paltaryuyan üçün xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2025ci il tarixdə 40 manat məbləğində ödənişlər etmiş, həmin müqavilə üzrə 830 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borca dair arayış”dan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 40 manat məbləğində ödənişlər etmiş, müqavilə üzrə 830 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh aylıq ödənişlərə riayət olunmadığından bu günə 830 (səkkiz yüz otuz) manat borcunun olduğu bildirilmiş, 5 gün ərzində borcunu ödəmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı1 xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan üçün 830 (səkkiz yüz otuz) manat borc məbləği tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 830 (səkkiz yüz otuz) manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı1 xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-793/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-793/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-793/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver