Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-810/2025 08.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,6500 (altı min beş yüz) manat sığorta ödənişi məbləğinin və 85,00 (səksən beş) manat dövlət rüsumunun, cəmi 6585,00 (altı min beş yüz səksən beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** BX *** (** EE ***) dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində “VAZ 21074” markalı, 40BX308 (20EE837) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X5 vəfat etmiş, X11 isə az ağır bədən xəsarəti almışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 6500,00 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərərvuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt VAZ 21074 markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş və sonradan həmin VAZ 21074 markalı avtomobilin ** BX *** dövlət qeydiyyat nişanı ilə qeydiyyata alınması aşkar edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 6500,00 (altı min beş yüz) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildirmişlər ki, cəmiyyətləri tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/774 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətlərinə ödənilməmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə dindirilmiş Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Cavabdeh bildirdi ki, hadisə vaxtı avtomobili özü idarə etmişdir. Onun sürücülük hüququ olmamışdır. Məhkəmənin hökmü ilə 6 il azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin mart ayının 3-də həmin VAZ-21074 markalı ** EE *** nömrəli avtomobili idarə edərkən qarşısına it çıxmış, oda iti vurmamaq üçün tormoz verdiyindən avtomobili yoldan çıxmış və yolun kənarında olan adamlara dəymişdir. Hadisə Göygöl rayonunun Balçılı kəndində olmuşdur. Avtomobil dayısının olmuşdur. Həmin vaxt Tahirə Hacıyeva xəsarət almış, Təranə Nəbiyeva isə vəfat etmişdir. Zərərçəkmişlərə və sığorta şirkətinə heç bir ödəniş etməmişdir. Maddi imkanın aşağı olmasını və İİ Qarabağ müharibəsi qazisi olmasının nəzərə alınaraq ona köməklik edilməsini xahiş edir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixində “VAZ 21074” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X5 vəfat etmiş, X11 isə az ağır bədən xəsarəti almışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 6500,00 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)- 322/2022 nömrəli hökmünün surətindən görünür ki, ACavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmıək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, PAA********** şəhadətnamə nömrəli elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasından görünür ki, “VAZ-21074” markalı, 40BX308 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 1 il müddətinə "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində X6 məxsus “VAZ 21074” markalı, 20EE837 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X5 ölmüş, X11 isə az ağır xəsarət almışdır. İşdə olan "xxxx" ASC-nin sığorta aktının surətindən görünür ki, zərərçəkmiş X7 dəymiş zərərlə bağlı 1500 (bir min beş yüz) manat sığorta ödənişi edilmişdir. İşdə olan **********/623536590 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, AtaSığorta” ASC tərəfindən dəymiş zərərlə bağlı zərəçəkmiş şəxs X3 hüquqi varisi X4 hesabına 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İcbari sığorta haqqında qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi Cavabdeh xx.xx.2022-ci il tarixdə “VAZ 21074” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli hesab edilmiş və vurduğu zərər iddiaçı tərəfindən ödənilmiş və iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmış, cavabdeh vurduğu zərərin dəyərini ödəmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat pul və məhkəmə xərci olaraq 85 (səksən beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-810/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-810/2025
08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver