Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-826/2025 21.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit limit razılaşması üzrə borcun qaytarılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit limit razılaşması üzrə borcun qaytarılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 2939.72 manat məbləğində əsas kredit borcunun, 126.96 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 11.52 manat cərimə borcunun, cəmi 3078.2 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 50.79 manat dövlət rüsumunun tutularaq «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə bağlanmış tel:06.04.2023xx.xx.2023-cü il tarixli tel:8060423-1968373011*******- ********** saylı kredit limit razılaşmasına əsasən Cavabdeh2 36 ay müddətinə illik 17% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3 ilə 8FİZAM122685601 saylı, tel:06.04.2023xx.xx.2023-cü il tarixli və Cavabdeh1 ilə 8FİZAM122686001 saylı tel:06.04.2023xx.xx.2023 -cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 onunla bağlanmış kredit razılaşmasının şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh3, Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (Pretenziya) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Cavabdehlərin banka borcu tel:17.04.2025xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 2939.72 manat əsas, 126.96 manat faiz, 11.52 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 3078.2 manat təşkil edir. Tələbin əsaslılığını təsdiq edən sənədlər: kredit razılaşması və ona əlavə (ödəniş cədvəli); zaminlik müqaviləsi; restruktuzasiya müqaviləsi və ödəniş cədvəli, borc haqqında arayış; bank hesabından çıxarış. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərilməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazlarını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçıSC tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli 8060***-*******01L saylı kredit limiti razılaşmasına əsasən 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Hazırda borclu “Ödəniş cədvəlini”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidir. Borclular müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit limit razılaşması üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 8060***- *******01L saylı kredit limiti razılaşmasına əsasən kreditor borcalana 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. 8FİZAM122686001 saylı xx.xx.2023-cü il tarixli və 8FİZAM122685601 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 8060***-*******01L saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh2 ilə birgə məsuliyyəti müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2939.72 manat məbləğində əsas kredit borcu, 126.96 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 11.52 manat məbləğində cərimə borcu, cəmi 3078.2 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə kredit razılaşması üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lənkəran şəhər İHB-nin Liman şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 may 2025-ci il tarixli, 12-12/77 nömrəli məktubundan görünür ki, məhkəmə tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişin Cavabdeh1 çatdırılması təmin olunmuşdur. Poçt xəbərnaməsindən görünür ki, Cavabdeh2 məhkəmə bildirişini xx.xx.2025-ci il tarixdə və Cavabdeh1 isə məhkəmə bildirişini xx.xx.2025-ci il tarixdə şəxsən qəbul etmişlər. AZE seriyalı ******** saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2002-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikasının vətandaşdır. AZE seriyalı ******** saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2002-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikasının vətandaşdır. AZE seriyalı ******** saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2001-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikasının vətandaşdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cu maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Kreditin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz borcu hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi tədqirdə, müqavilə ilə tənzimləyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsində nəzərdə tutulmuş müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 2939.72 manat məbləğində əsas kredit borcu, 126.96 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 11.52 manat cərimə borcu, cəmi 3078.2 (üç min yetmiş səkkiz manat iyirmi qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 50.79 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 2939.72 (iki min doqquz yüz otuz doqquz manat yetmiş iki qəpik) manat məbləğində əsas kredit borcu, 126.96 (bir yüz iyirmi altı manat doxsan altı qəpik) manat faiz borcu, 11.52 (on bir manat əlli iki qəpik) manat cərimə borcu olmaqla cəmi 3078.2 (üç min yetmiş səkkiz manat iyirmi qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq ödənilmiş 50.79 (əlli manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu alınaraq «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-826/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 10:40-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:50-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-826/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-826/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver