Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-90/2024 18.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, İK № 483/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 4857.72 (dörd min səkkiz yüz əlli yeddi manat 72 qəpik) manat əsas, 574.13 (beş yüz yetmiş dörd manat 13 qəpik) manat faiz borcu, 1419.39 (bir min dörd yüz on doqquz manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6851.24 (altı min səkkiz yüz əlli bir manat 24 qəpik) manat məbləğində borc və ödənilmiş 88.52 (səksən səkkiz manat 52 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Qeyd edilən cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında iddianı müdafiə etdiyini, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, İK № 483/İST/2021 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilməsini, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 TuranBank ASC, Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin bağlanmasını, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməməsini, müqavilə üzrə tələblərin davamlı şəkildə pozulmasını, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 4857.72 AZN əsas, 574.13 AZN Faiz, 1419,39 AZN cərimə borcu olmaqla, cəmi borcunun 6851.24 AZN təşkil etməsini, bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edillməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməməsini və cavabdehlərə göndərilmiş pretenziya məktublarının da cavabsız qalmasını və kredit borcları və kredit borclarına hesablanmış faiz borclarının cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməsini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, İK № 483/İST/2021 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 23 % faiz olmaqla, 7000 (yeddi min) manat məbləğində kredit 36 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh1 02 noyabr 2021-ci il tarixli İK № 483/İST/2021 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşldür. İş materiallarında olan Pretenziya məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi və əks təqdirdə TuranBank ASC tərəfindən müqavilə vaxtından əvvəl ləğv ediləcəyi və qalıq borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə də həmin Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından, həmçinin iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiklərinə görə 1419.39 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq tətbiq olunmuş 1419.39 manat məbləğində dəbbə pulunun miqdarını azaldaraq cavabdehlərdən 141 manat dəbbə pulu tutulmasını məqsədə müvafiq hesab edir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2021ci il tarixli, İK № 483/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 4857.72 (dörd min səkkiz yüz əlli yeddi manat 72 qəpik) manat əsas, 574.13 (beş yüz yetmiş dörd manat 13 qəpik) manat faiz borcu, 141 (yüz qırx bir) manat cərimə borcu olmaqla, cəmi 5572.85 (beş min beş yüz yetmiş iki manat 85 qəpik) manat məbləğində borc və ödənilmiş 88.52 (səksən səkkiz manat 52 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 88.52 (səksən səkkiz manat 52 qəpik) manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərlə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, İK № 483/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 4857.72 (dörd min səkkiz yüz əlli yeddi manat 72 qəpik) manat əsas, 574.13 (beş yüz yetmiş dörd manat 13 qəpik) manat faiz borcu, 141 (bir yüz qırx bir) manat cərimə borcu olmaqla, cəmi 5572.85 (beş min beş yüz yetmiş iki manat 85 qəpik) manat məbləğində borc və ödənilmiş 88.52 (səksən səkkiz manat 52 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №e-2(066)-90/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-90/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver