Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-903/2025 04.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMM QBKT iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh **********0158 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 653.57 AZN, faiz borcu üzrə 20.24 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 673.81 (altı yüz yetmiş üç manat səksən bir qəpik) AZN həmçinin, **********0145 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 310.51 AZN, faiz borcu üzrə 9.66 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 320.17 (üç yüz iyirmi manat on yeddi qəpik) AZN və cəmi ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0158 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 653.57 AZN (altı yüz əlli üç manat əlli yeddi qəpik), həmçinin eyni tarixli **********0145 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 310.51 (üç yüz on manat əlli bir qəpik), qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0158 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.56 AZN, dörd il müddətində isə hər ay 13.90 AZN olmaqla və **********0145 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.27 AZN, dörd il müddətində isə hər ay 6.60 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025 ci il tarixinə olan Maliyyə arayışına əsasən borclunun **********0158 saylı kredit müqaviləsi üzrə borcun məbləği 653.57 AZN əsas, faiz borcu üzrə 20.24 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 673.81 (altı yüz yetmiş üç manat səksən bir qəpik) AZN təşkil edir. Həmçinin **********0145 saylı kredit müqaviləsi üzrə borcun məbləği 310.51 AZN, faiz borcu üzrə 9.66 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 320.17 (üç yüz iyirmi manat on yeddi qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, **********0158 saylı kredit müqaviləsinə və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh əsas kredit borcunun qalıq məbləği 653.57 (altı yüz əlli üç manat əlli yeddi qəpik) manatı ödəməsi üçün illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə, bir il güzəşt müddətində hər ay 0.56 AZN, dörd il müddətində isə hər ay 13.90 AZN olmaqla ödəniş etməsi razılaşdırılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, **********0145 saylı kredit müqaviləsinə və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh əsas kredit borcunun qalıq məbləği 310.51 (üç yüz on manat əlli bir qəpik) manatı ödəməsi üçün illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə, bir il güzəşt müddətində hər ay 0.26 - 0.27 AZN, dörd il müddətində isə hər ay 6.60 AZN olmaqla ödəniş etməsi razılaşdırılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0145 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 310.51 manat, faiz borcuna görə 9.66 manat olmaqla, cəmi 320.17 (üç yüz iyirmi manat on yeddi qəpik) manat müəyyən edimişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0158 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 653.57 manat, faiz borcuna görə 20.24 manat olmaqla, cəmi 673.81 (altı yüz yetmiş üç manat səksən bir qəpik) manat müəyyən edimişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə anadan olmuşdur. İşdə olan zərfdən görünür ki, Cavabdeh yaşadığı ünvandan başqa yerə köçdüyü üçün məhkəmə bildirişinin həmin şəxsə çatdırılması mümkün olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə əsas və faiz borcun məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh **********0158 saylı kredit müqaviləsi üzrə 653.57 (altı yüz əlli üç manat əlli yeddi qəpik) manat əsas, 20.24 (iyirmi manat iyirmi dörd qəpik) manat borc məbləği cəmi 673.81 (altı yüz yetmiş üç manat səksən bir qəpik) manat, **********0145 saylı kredit müqaviləsi üzrə 310.51 (üç yüz on manat əlli bir qəpik) manat əsas, 9.66 (doqquz manat altmış altı qəpik) manat faiz borcu, cəmi 320.17 (üç yüz iyirmi manat on yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMM QBKT-yə ödənilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 45.70 (qırx beş manat yetmiş qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh **********0158 saylı kredit müqaviləsi üzrə 653.57 (altı yüz əlli üç manat əlli yeddi qəpik) manat əsas, 20.24 (iyirmi manat iyirmi dörd qəpik) manat borc məbləği cəmi 673.81 (altı yüz yetmiş üç manat səksən bir qəpik) manat, **********0145 saylı kredit müqaviləsi üzrə 310.51 (üç yüz on manat əlli bir qəpik) manat əsas, 9.66 (doqquz manat altmış altı qəpik) manat faiz borcu, cəmi 320.17 (üç yüz iyirmi manat on yeddi qəpik) manat və məhkəmə xərci olaraq 45.70 (qırx beş manat yetmiş qəpik) manat dövlət rüsumu tutulub İddiaçı MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-903/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:45-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:55-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-903/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-903/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver