Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-94/2024 19.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçıın etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə , İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, dəymiş maddi ziyanın əvəzi kimi 8593.95 manat, dövlət rüsumu qismində ödənilmiş 106.34 manat, cəmi 8700.29 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıın etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiyini, İddiaçı mülkiyyətində olan, İddiaçı həyat yoldaşı X1 idarə etdiyi **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh idarə etdiyi **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqiliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin iş № 3(009)-1902/2023 saylı qərarı ilə Cavabdeh nəqiliyyat vasitəsini idarə etmək hüququnu 2-il müddətə məhdudlaşdırılaraq 700 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqiliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan avtomobilə 12980 manat ziyan dəymişdir . Dəymiş ziyanın 4386.05 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, qalan 8593.95 manat məbləğində ziyan ödənilməmişdir. Odur ki dəymiş maddi ziyanın əvəzi kimi 8593.95 manat, dövlət rüsumu qismində ödənilmiş 106.34 manat, cəmi 8700.39 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh, iddianı qəbul etdiyyini, iddiaçıya dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Avto Baku tərəfindən verilmiş qüsur aktından görünür ki, Mercedes-Bens E-212 markalı avtomobilə 12980 manat ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)-1902/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki Cavabdeh nəqiliyyat vasitəsini idarə etmək hüququnu 2-il müddətə məhdudlaşdırılaraq 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X4 tərəfindən verilmiş 68542 nömrəli ödəniş tapşırığından görünür ki, suğorta hadisəsi üzrə İddiaçı 4386.05 manat pul ödənmişdir . Məhkəmə iddia üzrə mübahisə predmetləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə iclasında Cavabdeh İddiaçı 8593.95 manat dəyərində maddi zərər yetirilməsi iddiaçının nümayəndəsinin və işdə olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğu üçün iddia təmin edilməli, Cavabdeh, dəymiş maddi ziyanın əvəzi kimi 8593.95 manat, dövlət rüsumu qismində ödənilmiş 106.34 manat, cəmi 8700.29 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki,MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 106.34 manat məbləğində dövlət rüsumu da cavabdehdən, İddiaçı xeyrinə tutulmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 226 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh, dəymiş maddi ziyanın əvəzi kimi 8593.95 manat, dövlət rüsumu qismində ödənilmiş 106.34 manat, cəmi 8700.29 manat pul məbləği İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-50-65 İş № 2(066)-94/2024 19 yanvar 2024-cü il Cavabdeh, Göygöl rayonu Balçılı kəndinə İddiaçı, Bakı ş, Nəsimi rayonu Novruzov qardaşları, ev 165 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-94/2024 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti « » vərəq. hakimi: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №e-2(066)-94/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-94/2024
19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver