Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-946/2024 02.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizin və cərimənin qaytarılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizin və cərimənin qaytarılması tələbinə» iddia verərək, Cavabdeh ilə bağlanmış 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli müqaviləyə əsasən 11996 (on bir min doqquz doxsan altı) manat, 04 (dörd) qəpik əsas borc, 1847 (bir min səkkiz yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 480 (dörd yüz səksən) manat, 21 (iyirmi bir) qəpik olmaqla, cəmi 14323 (on dörd min üç yüz iyirmi üç) manat, 84 (səksən dörd) qəpik və ödənilmiş dövlət rüsumuna görə 134 (yüz otuz dörd) manat pulun Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasına gəlməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsindən məlum olur ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 20 % olmaqla 12500 (on iki min beş yüz) manat məbləğində kredit vermişdir. Cavabdeh 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyə əməl etməmiş, ödəniş cədvəli üzrə borcunu ödəməmişdir. Nəticədə onun 30 may 2024-cü il tarixə 11996 (on bir min doqquz doxsan altı) manat, 04 (dörd) qəpik əsas borc, 1847 (bir min səkkiz yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 480 (dörd yüz səksən) manat, 21 (iyirmi bir) qəpik olmaqla, cəmi 14323 (on dörd min üç yüz iyirmi üç) manat, 84 (səksən dörd) qəpik borci yaranmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, onunla İddiaçı ASC-nin arasında bağlanmış 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 20 % olmaqla 12500 on iki min beş yüz) manat məbləğində kredit vermişdir. Maddi imkanı ağırlaşmasına görə kredit üzrə borcunu ödəyə bilməmişdir. Ancaq hesab edir ki, cərimə artıq hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 134 (yüz otuz dörd) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin “Yeni Gəncə” filalı ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli kredit sazişindən və 19 iyun 2023-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 20% olmaqla 12500 (on iki min beş yüz) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 464 (dörd altmış dörd) manat 54 (əlli dörd) qəpik təşkil etmişdir. Mülki işə əlavə edilmiş 30 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli müqaviləyə əsasən 11996 (on bir min doqquz doxsan altı) manat, 04 (dörd) qəpik əsas borc, 1847 (bir min səkkiz yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 480 (dörd yüz səksən) manat, 21 (iyirmi bir) qəpik olmaqla, cəmi 14323 (on dörd min üç yüz iyirmi üç) manat, 84 (səksən dörd) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə borclarını ödəməli olmaları barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 480 (dörd yüz səksən) manat, 21 (iyirmi bir) qəpik cərimə azaldılaraq 50 (əlli) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 480 (dörd yüz səksən) manat, 21 (iyirmi bir) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 50 (əlli) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Yeni Gəncə” filalı arasında bağlanmış 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli kredit müqaviləsinə əsasən mərhum Cavabdeh 36 ay müddətinə, illik 20% olmaqla 12500 (on iki min beş yüz) manat məbləğində kredit vermişdir. Cavabdeh 30 may 2024-cü il tarixə 11996 (on bir min doqquz doxsan altı) manat, 04 (dörd) qəpik əsas borc, 1847 (bir min səkkiz yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 480 (dörd yüz səksən) manat, 21 (iyirmi bir) qəpik olmaqla, cəmi 14323 (on dörd min üç yüz iyirmi üç) manat, 84 (səksən dörd) qəpik borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 134 (yüz otuz dörd) manat dövlət rüsumunun 130 (yüz otuz) manat onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizin və cərimənin qaytarılması tələbinə» dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 19 iyun 2023-cü il tarixli CP/265/92/29 nömrəli kredit sazişi (kredit müqaviləsi) üzrə 11996 (on bir min doqquz doxsan altı) manat, 04 (dörd) qəpik əsas borc, 1847 (bir min səkkiz yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 50 (əlli) manat cərimə olmaqla, 13893 (on üç min səkkiz yüz doxsan üç) manat, 64 (altmış dörd) qəpik və ödənilmiş dövlət rüsumuna görə 130 (yüz otuz) manat alınıb İddiaçı ASCnin xeyrinə ödənilsin. İddia tələbi 430 (dörd yüz otuz) manat, 21 (iyirmi bir) qəpik hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(066)-946/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-946/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver