Məhkəmə qərarları › İş №e-2(067)-100/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-100/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-100/2025 28.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi və girov predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli XCLMB-03472 saylı kredit müqaviləsi üzrə kreditə görə 2394,15 manat əsas, faiz borcuna görə 296,33 manat, cərimə borcuna görə 511,9 manat, cəmi 3202,38 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 52.03 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 14,5 qram, 585 əyarlı 2 ədəd boyunbağı, çəkisi 7 qram olan, 585 əyarlı 2 ədəd qolbaq, çəkisi 3,8 qram olan, 585 əyarlı 1 ədəd sırğa, çəkisi 7 qram olan, 585 əyarlı 1 ədəd qadın dəsti, çəkisi 15 qram olan, 585 əyarlı, biri sınıq olmaqla 5 ədəd üzüklər, çəkisi 1,2 qram olan, 500 əyarlı 2 ədəd lom qızıldan ibarət olan cəmi 48,5 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli XCLMB-03472 saylı kredit müqaviləsi üzrə 2394,15 manat əsas, faiz borcuna görə 296,33 manat, cərimə borcuna görə 511,9 manat, cəmi 3202,38 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 52.03 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023cü il tarixli XCLMB-03472 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASCnin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2023-cü il tarixli, XCLMB03472 saylı kredit müqaviləsinə əsasən illik 27 % dərəcəsi olmaqla 24 ay müddətinə 2800 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). 07 iyul 2023-cü il tarixli, XCLMB-03472 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 07 iyul 2023-cü il tarixli, XCLMB- 03472 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2394.15 manat əsas, faiz borcuna görə 296.33 manat, cərimə borcuna görə 511.90 manat, borcun cəmi məbləği 3202.38 manat təşkil edir. 07 iyul 2023-cü il tarixli, XCLMB-03472 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 07 iyul 2023-cü il tarixli, XCLMB-03472 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 07 iyul 2023-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Xaçmaz” filialına saxlanca verilmiş və 14,5 qram, 585 əyarlı 2 ədəd boyunbağı, çəkisi 7 qram olan, 585 əyarlı 2 ədəd qolbaq, çəkisi 3,8 qram olan, 585 əyarlı 1 ədəd sırğa, çəkisi 7 qram olan, 585 əyarlı 1 ədəd qadın dəsti, çəkisi 15 qram olan, 585 əyarlı, biri sınıq olmaqla 5 ədəd üzüklər, çəkisi 1,2 qram olan, 500 əyarlı 2 ədəd lom qızıldan ibarətdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və MPM-nin 185.5ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2023-cü il tarixli, XCLMB03472 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh illik 27 % dərəcəsi olmaqla 24 ay müddətinə 2800 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). 07 iyul 2023-cü il tarixli, XCLMB-03472 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 07 iyul 2023-cü il tarixli, XCLMB-03472 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 07 iyul 2023-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASCnin “Xaçmaz” filialına saxlanca verilmiş və çəkisi 14,5 qram, 585 əyarlı 2 ədəd boyunbağı 1310,51 manat, çəkisi 7 qram olan, 585 əyarlı 2 ədəd qolbaq 636,66 manat, çəkisi 3,8 qram olan, 585 əyarlı 1 ədəd sırğa 343,44 manat, çəkisi 7 qram olan, 585 əyarlı 1 ədəd qadın dəsti 632,66 manat, çəkisi 15 qram olan, 585 əyarlı, biri sınıq olmaqla 5 ədəd üzüklər 1355,7 manat, çəkisi 1,2 qram olan, 500 əyarlı 2 ədəd lom 92,46 manat dəyərində olmaqla, cəmi 48,5 qram çəkidə qızıldan ibarətdir. Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair 07 iyul 2023-cü il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh məxsus olan və girov qoyulmuş çəkisi 14,5 qram, 585 əyarlı 2 ədəd boyunbağı 1310,51 manat, çəkisi 7 qram olan, 585 əyarlı 2 ədəd qolbaq 636,66 manat, çəkisi 3,8 qram olan, 585 əyarlı 1 ədəd sırğa 343,44 manat, çəkisi 7 qram olan, 585 əyarlı 1 ədəd qadın dəsti 632,66 manat, çəkisi 15 qram olan, 585 əyarlı, biri sınıq olmaqla 5 ədəd üzüklər 1355,7 manat, çəkisi 1,2 qram olan, 500 əyarlı 2 ədəd lom 92,46 manat dəyərində olmaqla, cəmi 48,5 qram çəkidə qızıl-zinət əşya 4367.43 manat dəyərində qiymətləndirilmişdir. 22 aprel 2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 22 aprel 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh 22 aprel 2024-cü il tarixə banka 07 iyul 2023-cü il tarixli, XCLMB03472 saylı Kredit müqaviləsi üzrə əsas borc üzrə 2394.15 manat, faizlər üzrə 296.33 manat, cərimə üzrə 511.90 manat olmaqla, cəmi 3202.38 manat məbləğində kredit borcu yaranmışdır. 22 aprel 2024-cü il tarixli, ********* saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 53 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 9/5035 №-li e-2(067)-1712/2024 saylı iş üzrə ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 07 iyul 2023-cü il tarixli, XCLMB03472 saylı kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış razılaşmanın şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu – 22 aprel 2024-cü il tarixə əsas kredit borcu üzrə 2394.21 manat, faiz borcu üzrə 295.61 manat, 27 may 2024-cü il tarixə əsas kredit borcu üzrə 2394.21 manat, faiz borcu üzrə 356.46 manat, 23 sentyabr 2024-cü il tarixə əsas kredit borcu üzrə 2394.21 manat, faiz borcu üzrə 364.76 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 293.2-ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: - 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; - 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; - 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: -298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının İcra haqqında Qanununun: 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 2804.76 manata görə 48.04 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından 48.04 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 07 iyul 2023-cü il tarixli, XCLMB03472 saylı Kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə məhkəmə iddia tələbində göstərilən xüsusatların obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə–mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 9/5035 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 07 iyul 2023-cü il tarixli, XCLMB03472 saylı Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 22 aprel 2024-cü il tarixə əsas kredit borcu üzrə 2394.21 manat, faiz borcu üzrə 295.61 manat, 27 may 2024-cü il tarixə əsas kredit borcu üzrə 2394.21 manat, faiz borcu üzrə 356.46 manat, 23 sentyabr 2024-cü il tarixə əsas kredit borcu üzrə 2394.21 manat, faiz borcu üzrə 364.76 manat təşkil edir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2023-cü il tarixli, XCLMB03472saylı kredit müqaviləsi üzrə cavabdehin əsas kredit borcu üzrə məbləğinin iddia tələbinə uyğun olaraq 2394.15 manat, faiz borcunun isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 9/5035 №-li ekspert rəyində 22 aprel 2024-cü il tarixə hesablandığı kimi 295.61 manat, cərimə borcu üzrə məbləğin isə məhkəmə tərəfindən azaldılaraq 115 manat müəyyən edilməsini, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş boyunbağı 14,5 qram, 585 əyarlı 2 ədəd boyunbağı, çəkisi 7 qram olan, 585 əyarlı 2 ədəd qolbaq, çəkisi 3,8 qram olan, 585 əyarlı 1 ədəd sırğa, çəkisi 7 qram olan, 585 əyarlı 1 ədəd qadın dəsti, çəkisi 15 qram olan, 585 əyarlı, biri sınıq olmaqla 5 ədəd üzüklər, çəkisi 1,2 qram olan, 500 əyarlı 2 ədəd lom qızıldan ibarət qızıl-zinət əşyalarına yönəldilməsini, bu əmlakların açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin yuxarıda qeyd olunan kredit üzrə borcunun ödənilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin xx.xx.2023-cü il tarixli XCLMB-03472 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, tələbin cavabdehin digər əmlakına yönəldilməsinə dair hissədə iddia tələbinin qeyri müəyyən olduğunu və girov predmetinin dəyəri iddia tələbindən az olubolmamasının icra mərhələsinin predmeti olduğunu hesab edir və bu səbəbdən həmin hissədə iddianın rədd edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bocludur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 9/5940 №-li ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2023-cü il tarixli, XCLMB03472 saylı Kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 2394.15 manat, faiz üzrə 295.61 manat, cərimə üzrə 115 manat olmaqla, cəmi 2804.76 manat məbləğində bоrc pul və ödənilmiş 48.04 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb Cavabdeh məxsus olan girov qoyulmuş boyunbağı 14,5 qram, 585 əyarlı 2 ədəd boyunbağı, çəkisi 7 qram olan, 585 əyarlı 2 ədəd qolbaq, çəkisi 3,8 qram olan, 585 əyarlı 1 ədəd sırğa, çəkisi 7 qram olan, 585 əyarlı 1 ədəd qadın dəsti, çəkisi 15 qram olan, 585 əyarlı, biri sınıq olmaqla 5 ədəd üzüklər, çəkisi 1,2 qram olan, 500 əyarlı 2 ədəd lom qızıldan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, bu əmlaklar açıq hərracda satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin yuxarıda qeyd olunan kredit üzrə borcu ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2023-cü il tarixli, XCLMB03472 saylı Kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 2394.15 manat, faiz üzrə 295.61 manat, cərimə üzrə 115 manat olmaqla, cəmi 2804.76 manat məbləğində bоrc pul və ödənilmiş 48.04 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş boyunbağı 14,5 qram, 585 əyarlı 2 ədəd boyunbağı, çəkisi 7 qram olan, 585 əyarlı 2 ədəd qolbaq, çəkisi 3,8 qram olan, 585 əyarlı 1 ədəd sırğa, çəkisi 7 qram olan, 585 əyarlı 1 ədəd qadın dəsti, çəkisi 15 qram olan, 585 əyarlı, biri sınıq olmaqla 5 ədəd üzüklər, çəkisi 1,2 qram olan, 500 əyarlı 2 ədəd lom qızıldan ibarət qızıl-zinət əşyalarına yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh yuxarıda qeyd olunan kredit üzrə borcu ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar