Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1020/2025 21.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdehna qarşı «Borc pulun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ N ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndan borclu olduğu 8180 manat pulun və dövlət rüsümu olaraq ödədiyi 102 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, iddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizəsini göndərməklə məhkəmə iclasının iştirakı olmadan keçirilməklə iddiasının təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdmişdir. Məhkəmə cavabdehin fikrini dinləyərək İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin dekabr ayında ona müraciət edərək ona 9000 manat pul lazım olduğunu bildirmiş və pulu hər ay 250 manat olmaqla xx.xx.2025-ci il tarixə kimi qaytaraçagını bildirmişdir. O, bununla bağlı xx.xx.2022-ci ildə Sumqayıt şəhər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində cavabdehlə kredit müqaviləsi bağlamaqla cavabdehə 9000 manat məbləğində pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh aldığı borc pulu hər ay 250 manat olmaqla ona qaytarmalı idi. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq bu 2 il 1 ay ərzində ona cəmi 720 manat məbləğində pul qaytarmışdır. O, cavabdehdən dəfələrlə pulu tələb etsə də o, hər dəfə bir bəhanə gətirərək pulunu qaytarmamışdır. Bundan sonra cavabdehə ərizə ilə müraciət edərək borc verdiyi pulun qaytarılmasını tələb etmiş, lakin cavabdeh onun yazılı müraciətinə də cavab verməmişdir. Aralarında mübahisə oldugu üçün o, kredit müqaviləsinin 9-cu bəndinə əsasən məhkəməyə müraciət edir. Hesab edir ki, kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozuldugu ücün müqaviləyə vaxtından qabaq xitam verilməli və cavabdehdən ona borclu olduğu 8180 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı bir neçə ildir ki, oğlu vasitəsilə tanımışdır. Belə ki, iddiaçı onun oğlunun tanışı olmuş və münasibətlər yaxşı olmuşdur. O və oğlu iddiaçıdan iş görmək üçün borc pul almış, lakin iddiaçıdan iddia ərizəsində göstərdiyi məbləğdə pul borc almamışlar. Sadəcə olaraq iddiaçı borc pulu onlara faizlə vermişdir. Sonradan işləri baş tutmamış və iddiaçıya borclu qalmışlar. İddiaçıdan aldıqları borcu qaytara bilmədiklərinə görə sonradan iddiaçı hər gün zəng edərək onları narahat etmiş və mübahisələr etmişdir. O da oğlunun iddiaçı ilə aralarında nəsə pis hadisə baş verməsindən qorxmuşdur. Bir gün də iddiaçı onların yaşadığı ünvana gəlmiş və müqavilə bağlamağı və həmin müqavilə əsasında pulu ayba-ay qaytarmağı təklif etmişdir. Əslində iddiaçıdan 5600 manat borc pul almışlar. Aldıqları puldan da iddiaçıya ayda 150-200-250 manat əlbə-əl ödəniş etmişlər, telefon vasitəsilə iddiaçının kart hesabına oğlu ödənişlər də etmişdir. Lakin etibar etdiklərindən, iddiaçının oğlu ilə aralarında yaxşı münasibətləri olduğundan pulu ödəmələri barədə iddiaçıdan hər hansı qəbz almamışlar. İddaçı onların aldıqları pulu gələcəkdə danacaqlarını bildirərək müqavilə bağlamağı tələb etmiş və ona müqaviləni nə oğlu, nə həyat yoldaşı, yalnız onunla bağlayacağını bildirmişdir. Notariusa gedib müqavilə bağlayarkən iddiaçı borc məbləğini 8000 manat yazdırmışdır. O, iddiaçıya ondan 8000 manat borc almadığını bildirdikdə iddiaçı ona narahat olmamasını, bankdan pul çıxaracağını, həmin 8000 manat məbləğin faizləri ilə birlikdə olan məbləğ olduğunu demişdir. O da borc öhdəliyinə dair yazılmış müqaviləyə imza etmişdir. Əslində isə iddiaçı onların qaytardıqları miqdarı nəzərə almadan yenidən 9000 manat məbləğində borc müqaviləsi yazdırmışdır. İddiaçıya keçən müddət ərzində bu vaxta qədər hissə-hissə olmaqla 4000 manata yaxın pul qaytarmışlar. İddiaçı ilə aralarında borc müqaviləsi bağlamalarını etiraf edir. Lakin bir daha qeyd edir ki, iddiaçıdan müqavilədə göstərilən məbləğdə borc pul almamışlar. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyə vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 20 dekabr 2022-ci il tarixli, 3M-881 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, həqiqətən də qeyd edilən tarixdə İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində qeyd olunan borc öhdəliyinə dair kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 20 dekabr 2022-ci il tarixdə notariusun depozit hesabı vasitəsilə 9000 manat borc pul almış, aldığı borc pulu hər ay 250 manat olmaqla 20 dekabr 2025-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, borc öhdəliyinə dair müqavilə xx.xx.2022-ci il tarixdə 3M-881 reyestr nömrəsi ilə notarial qaydada rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehna aralarında rəsmiləşmiş kredir müqaviləsi üzrə öhdəliyin icrasını təmin etməsi barədə rəsmi xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə Sumqayıt şəhər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən o, Cavabdehna 9000 manat məbləğində borc pul vermiş və cavabdeh aldığı borc pulu hər ay 250 manat olmaqla xx.xx.2025-ci il tarixə kimi qaytaraçagını öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, kredit müqaviləsinin şərtlərini pozaraq küçən müddət ərzində cəmi 720 mnat məbləğində pul qaytarmışdır. Cavabdehdən dəfələrlə ödənilməmiş qalan pulunu tələb etsə də o, hər dəfə bir bəhanə gətirərək pulunu qaytarmamışdır. Bundan sonra cavabdehə rəsmi müraciət edərək borc verdiyi pulun ödənilməmiş qalan hissəsini tələb etmiş, lakin cavabdeh onun yazılı müraciətinə də cavab verməmişdir. Aralarında mübahisə oldugu üçün o, kredit müqaviləsinin 9-cu bəndinə əsasən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozuldugu ücün müqaviləyə vaxtından qabaq xitam verilməklə cavabdehdən borclu qaldığı 8180 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. Cavabdeh X2 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ilə aralarında 20 dekabr 2022-ci il tarixdə borc öhdəliyinə dair notariat ofisində 9000 manat borc öhdəliyinə dair müqavilə bağlanmaqla həmin müqaviləyə imza etdiyini etiraf etsə də iddiaçıdan həmin məbləğdə deyil, cəmi 5600 manat məbləğində borc pul almışlar, iddiaçı həmin pulu onlara faizlə vermiş, aldıqları qeyd olunan məbləğdə puldan hissə-hissə olmaqla keçən müddət ərizində hazırki vaxtadək 4000 manata yaxın pul qaytarmışlar. Belə olduğu halda İddiaçı üzərinə Cavabdehnın ondan 20 dekabr 2022-ci il tarixdə aralarında Sumqayıt şəhər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən hər ay 250 manat olmaqla xx.xx.2025-ci il tarixə kimi qaytarmaq şərti ilə 9000 manat məbləğində borc pul almasını, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək borc aldığı puldan 02 il 01 ay ərzində 720 manat pul qaytarmasını, qalan borc məbləğini isə dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazırdək qaytamamaqla, kredit müqaviləsinin şərtlərini pozduğunu sübut etmə yükü düşür. Cavabdeh X1 üzərinə isə İddiaçı ilə aralarında 20 dekabr 2022-ci il tarixdə notariat ofisində 9000 manat borc öhdəliyinə dair müqavilə bağlansa da iddiaçıdan həmin məbləğdə deyil, cəmi 5600 manat məbləğində borc pul aldıqlarını, iddiaçının həmin pulu onlara faizlə verdiyini, iddiaçıdan aldıqları qeyd olunan məbləğdə puldan hissə-hissə olmaqla keçən müddət ərizində hazırki vaxtadək 4000 manata yaxın pul qaytarmalarını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı iddia ərisəzində göstərilənlər, iş materiallarında olan pul öhdəliyinə dair notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi və cavabdehin qismən etirafı ilə həqiqətən də cavabdeh X1 İddiaçı 20 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində aralarında rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən hər ay 250 manat olmaqla xx.xx.2025-ci il tarixə kimi qaytarmaq şərti ilə 9000 manat məbləğində borc pul alması, lakin sonradan üzərinə götürdüyü öhdəliyi icra etməyərək aldığı borcdan 720 manat hissəsini qaytarsa da borcun qalan hissəsini iddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazırdək qaytarmamala kredit müqaviləsinin şərtlərini pozması və beləliklə cavabdehin öhdəliyin icrasından imtina etməsi öz təsdiqini tapmış və sübut edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. Həmin Məcəllənin 428.1-ci maddəsinə əsasən əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.. Məhkəmə tədqiqatı zamanı cavabdehin Sumqayıt şəhər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-881 reyestr nömrəli kredit müqaviləsinin şərtlərini pozması, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin müddəti başa çatmadan cavabdehdən ona verdiyi 9000 manat borc pulun ödənilməmiş qalan hissəsini geri tələb etməsi qanunamüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 102 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməklə Cavabdehndan borclu qaldığı 8180 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 102 manat, ümumilikdə 8282 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ :
İddia təmin edilsin. Cavabdehndan borclu qaldığı 8180 (səkkiz min bir yüz səksən) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 102 (bir yüz iki) manat, ümumilikdə 8282 (səkkiz min iki yüz səksən iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Xıdır Quliyev