Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1099/2022 31.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3459,13 manat məbləğində əsas borcun, 73,72 manat məbləğində faiz borcun, 0,04 manat cərimə borcun, ümumilikdə 3532,89 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 152 FRres N-li «Kredit müqaviləsi»nə əsasən cavabdehə 5 il müddətinə 3459,13 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) gün müddətin bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh LPO bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin LPO banka 3459,13 manat məbləğində əsas borc, 73,72 manat məbləğində faiz borcu, 0,04 manat məbləğində cərimə borcu, ümumilikdə 3532,89 manat məbləğində borcu qalmışdır. LPO Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlə şifahi formada, o cümlədən yazılı «Bildiriş»in göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində texniki səhv olaraq dövlət rüsumunun məbləğinin 30 manat qeyd edildiyini bildirərək həmin məbləğin 55 manat kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 152 FRres N:li «Kredit müqaviləsi»nə əsasən cavabdehə 5 il müddətinə 3459,13 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 gün müddətin bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh LPO bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş və cavabdehin LPO banka 3459,13 manat məbləğində əsas borc, 73,72 manat məbləğində faiz borcu, 0,04 manat məbləğində cərimə borcu, ümumilikdə 3532,89 manat məbləğində borcu qalmışdır. Sonradan cavabdeh bu ilin mart və aprel aylarında əsas borcundan cəmi 100 manat pul ödəmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 5 il müddətinə 3459,13 manat məbləğində cari borcun bağlanması üçün kredit verilmişdir. İş materiallarında olan maliyə arayışından müəyyən edilir ki, Cavabdeh 3459,13 manat məbləğində əsas borc, 73,72 manat məbləğində faiz borcu, 0,04 manat məbləğində cərimə borcu, ümumilikdə 3532,89 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişdən müəyyən edilir ki, Cavabdeh borclu olduğu məbləği ödəməsi üçün rəsmi xəbərdarlıq olunmuşdur. İş materiallarında olan müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin göstərilən müddəaları baxımından "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən əsas borcundan 100 manat ödədiyini bildirməsi diqqətə alınmalı və həmin məbləğ hazırki tələbdə qeyd olunan əsas məbləğdən çıxılmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin olunduğundan iddia həcmi azaldıldığı üçün dövlət rüsumu da ona mütənasib olaraq Azərbaycan Respublikası Dövlət X4 8.1.2.-ci maddəsinə əsasən hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət X4 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində hesablanır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı LPO İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanılmış 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 3359,13 manat məbləğində əsas borc, 73,72 manat məbləğində faiz borcu, 0,04 manat cərimə borcu olmaqla ümumilikdə 3432,89 manat məbləğində kredit borcu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Dövlət X4 8.1.2.-ci maddəsinə əsasən iddianın təmin edilən hissəsinə uyğun olaraq 54,32 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı LPO İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanılmış 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 3359,13 manat məbləğində əsas borc, 73,72 manat məbləğində faiz borcu, 0,04 manat cərimə borcu olmaqla ümumilikdə 3432,89 manat məbləğində kredit borcu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Azərbaycan Respublikası Dövlət X4 8.1.2.-ci maddəsinə əsasən iddianın təmin edilən hissəsinə uyğun olaraq 54,32 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-1099/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1099/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver