Məhkəmə qərarları › İş №e-2(067)-121/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-121/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-121/2023 18.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı ASC Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, mülki işin baxılmamış saxlanılmasını, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh isə buna etirazı olmadığını, işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin işin baxılmamış saxlanılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki iş materiallarından görünür ki, ərizəyə 104.60 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanıldığından, həmin iddiaya görə ödənilmiş 104.60 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC – nəgeri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın.İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən 27 iyul 2022-ci ildə AsanPay vasitəsilə ödənilmiş 104.60 manat (№936716527- xx.xx.2022) İddiaçı ASC-yə (nağd) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar