Məhkəmə qərarları › İş №e-2(067)-1236/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1236/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1236/2024 12.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26 yanvar 2022-ci il tariхli, 300804-50222/2 nömrəli kredit müqaviləsi üzrə 5518.15 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 5518.15 manat, 26 yanvar 2022-ci il tariхli, 300797- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 284.32 manat əsas borc və 0.95 manat faiz borcu olmaqla, cəmi 285.27 manat və 23 may 2022-ci il tariхli, 300804-50222/3 nömrəli kredit müqaviləsi üzrə 536.48 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 536.48 manat, üç kredit müqaviləsi üzrə ümumilikdə 6338.95 manat və 83.80 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 26 yanvar 2022-ci il tariхli, 300804-50222/2 nömrəli krеdit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 19.9% dərəcəsi ilə 6500 manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC ilə X3 arasında bağlanmış 26 yanvar 2022-ci il tariхli, 300797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində krеdit xətti açılmışdır. İddiaçı ASC ilə X3 arasında bağlanmış 23 may 2022-ci il tariхli, 300804-50222/3 nömrəli krеdit müqaviləsinə əsasən borcalana 30 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 600 manat məbləğində krеdit vеrilmişdir. X3 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair Xaçmaz rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Xaçmaz rayon 1 saylı notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən Cavabdeh miras əmlak olan pul vəsaitindən tam hissədə pay almışdır. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. Krеdit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə cavabdeh baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -İddiaçı ASC ilə X3 arasında bağlanmış 26 yanvar 2022-ci il tariхli, 300804-50222/2 nömrəli krеdit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 19.9% dərəcəsi ilə 6500 manat məbləğində krеdit vеrilmişdir. -İddiaçı ASC ilə X3 arasında bağlanmış 26 yanvar 2022-ci il tariхli, 300797- PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində krеdit xətti açılmışdır. -İddiaçı ASC ilə X3 arasında bağlanmış 23 may 2022-ci il tariхli, 300804-50222/3 nömrəli krеdit müqaviləsinə əsasən borcalana 30 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 600 manat məbləğində krеdit vеrilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı ASC ilə borcalan X3 arasında bağlanmış 26 yanvar 2022-ci il tariхli, 300804-50222/2 nömrəli kredit müqaviləsi üzrə 5518.15 manat əsas, 26 yanvar 2022-ci il tariхli, 300797- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 284.32 manat əsas borc və 0.95 manat faiz borcu və 23 may 2022-ci il tariхli, 300804-50222/3 nömrəli kredit müqaviləsi üzrə 536.48 manat əsas borcu vardır. -İddiaçı ASC -nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 83.40 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödənilmişdir. -Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-185 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 26 yanvar 2022-ci il tariхli, 300804-50222/2 nömrəli krеdit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 19.9% dərəcəsi ilə 6500 manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC ilə X3 arasında bağlanmış 26 yanvar 2022-ci il tariхli, 300797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində krеdit xətti açılmışdır. İddiaçı ASC ilə X3 arasında bağlanmış 23 may 2022-ci il tariхli, 300804-50222/3 nömrəli krеdit müqaviləsinə əsasən borcalana 30 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 600 manat məbləğində krеdit vеrilmişdir. İş üzrə iddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun miras əmlakdan tam pay üzrə vərəsəsi Cavabdehdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X3 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və X3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda borclu X3 vəfat etdiyindən və onun vərəsəsi kimi Cavabdeh mərhumun öhdəliyi üçün tam həcmdə məsuliyyət daşıyır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı və cavabdeh arasında mütənasib şəkildə bölüşdürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26 yanvar 2022-ci il tariхli kredit müqaviləsi üzrə 5518.15 manat əsas borc, 26 yanvar 2022-ci il tariхli kredit xətti müqaviləsi üzrə 284.32 manat əsas borc və 0.95 manat faiz borcu və 23 may 2022-ci il tariхli kredit müqaviləsi üzrə 536.48 manat əsas borc və 83.80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar