Məhkəmə qərarları › İş №e-2(067)-124/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-124/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-124/2025 11.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il tarixli, BAL0067319/13 saylı müqaviləyə əsasən 488.65 manat əsas, 207.74 manat faiz, 15.56 manat cərimə, 14 iyun 2014-cü il tarixli CC/03743/42/19 saylı müqaviləyə əsasən 4078.99 manat əsas, 1555.83 manat faiz, xx.xx.2014-cü il tarixli CC/38254/44/19 saylı müqaviləyə əsasən 899.48 manat əsas, 1263.63 manat faiz və 66.27 manat cərimə, cəmi 8576.15 manat borcun və 106 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0067319/13 saylı,14 iyun 2014-cü il tarixli CC/03743/42/19 saylı və xx.xx.2014-cü il tarixli CC/38254/44/19 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 6155 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 Banka ümumi olaraq 8576.15 manat borcu vardır. X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh X1 qanuni vərəsəsidir. X3 tərəfindən vərəsələrinə qalan miras əmlak “Beynəlxalq Bank” Xaçmaz filialı tərəfindən xx.xx.2015 tarixdə ******************** nömrəli arayışa əsasən 1408.72 manat pul vəsaitindən ibarətdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0067319/13 saylı,14 iyun 2014-cü il tarixli CC/03743/42/19 saylı və xx.xx.2014-cü il tarixli CC/38254/44/19 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 6155 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 Banka ümumi olaraq 8576.15 manat borcu vardır. X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh X1 qanuni vərəsəsidir. X3 tərəfindən vərəsələrinə qalan miras əmlak “Beynəlxalq Bank” Xaçmaz filialı tərəfindən xx.xx.2015 tarixdə ******************** nömrəli arayışa əsasən 1408.72 manat pul vəsaitindən ibarətdir. Qeyd olunanlara əsasən iddianın tam həcmdə təmin edilməsini xahiş edir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X3 ilə İddiaçı ASC arasında xx.xx.2013-cü il tarixli BAL0067319/13 saylı kredit kartı, bank hesabı müqaviləsi bağlanmışdır. İş materiallarında olan X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli CC/38254/44/19 saylı kredit sazişi müqaviləsindən müəyyən olunur ki, bank Borcluya 24 ay müddətinə, illik 23% olmaqla 1000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 19 iyun 2014-cü il tarixli CC/03743/42/19 saylı kredit sazişi müqaviləsindən müəyyən olunur ki, bank Borcluya 30 ay müddətinə, illik 28% olmaqla 4655 manat məbləğində kredit vermişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən 106 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 19 iyun 2014-cü il tarixdə bağlanmış CC/03743/42/19 nömrəli kredit sazişində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-cı il (müqavilə müddəti tarixinə) borcu 6457,31 AZN əsas borc üzrə 4078,30 AZN, faiz borcu üzrə 2379,01 AZN. xx.xx.2024-cı il (iddia ərizəsinin verildiyi tarixə) borcu 6457,31 AZN - əsas borc üzrə 4078,30 AZN, faiz borcu üzrə 2379,01 AZN. xx.xx.2024-cı il (ekspertizanın təyin olunduğu tarixə) borcu 6457,31 AZN - əsas borc üzrə 4078,30 AZN. faiz borcu üzrə 2379,01 AZN. xx.xx.2024-cı il (ekspert rəyinin verildiyi tarixə) borcu 6457,31 AZN - əsas borc üzrə 4078,30 AZN. faiz borcu üzrə 2379,01 AZN. xx.xx.2014-cü il tarixli rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 09 sentyabr 2014-cü il tarixdə bağlanmış CC38254/44/19 nömrəli kredit sazişində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016cı il (müqavilə müddəti tarixinə) borcu 1264,06 AZN - əsas borc üzrə 899,24 AZN, faiz borcu üzrə 364,82 AZN. xx.xx.2024-cı il (iddia ərizəsinin verildiyi tarixə) borcu 1264,06 AZN - əsas borc üzrə 899,24 AZN, faiz borcu üzrə 364,82 AZN. xx.xx.2024-cı il (ekspertizanın təyin olunduğu tarixə) borcu 1264,06 AZN - əsas borc üzrə 899,24 AZN, faiz borcu üzrə 364,82 AZN. xx.xx.2024-cü il (ekspert rəyinin verildiyi tarixə) borcu 1264,06 AZN - əsas borc üzrə 899,24 AZN, faiz borcu üzrə 364,82 AZN. xx.xx.2013-cü il tarixli BAL0067319/13 №-li kredit kartı müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 12 fevral 2013-cü il tarixdə bağlanmış BAL0067319/13 nömrəli kredit kartı müqaviləsində olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2014-cü il (müqavilə müddəti tarixinə) borcu 696,39 AZN - əsas borc üzrə 488,65 AZN, faiz borcu üzrə 207,74 AZN. xx.xx.2024-cü il (iddia ərizəsinin verildiyi tarixə) borcu 696,39 AZN - əsas borc üzrə 488,65 AZN, faiz borcu üzrə 207,74 AZN. xx.xx.2024-cı il (ekspertizanın təyin olunduğu tarixə) borcu 696,39 AZN - əsas borc üzrə 488,65 AZN, faiz borcu üzrə 207,74 AZN. xx.xx.2024cü il (ekspert rəyinin verildiyi tarixə) borcu 696,39 AZN - əsas borc üzrə 488,65 AZN, faiz borcu üzrə 207,74 AZN. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli, reyestrdə 2V-İ-463 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X3 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və X3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda borclu X3 vəfat etdiyindən və onun vərəsəsi kimi, Cavabdeh mərhumun öhdəliyi üçün tam həcmdə məsuliyyət daşıyır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli, BAL0067319/13 saylı müqaviləyə əsasən 488.65 manat əsas, 207.74 manat faiz, 15.56 manat cərimə, 14 iyun 2014-cü il tarixli CC/03743/42/19 saylı müqaviləyə əsasən 4078.99 manat əsas, 1555.83 manat faiz, xx.xx.2014-cü il tarixli CC/38254/44/19 saylı müqaviləyə əsasən 899.48 manat əsas, 364.82 manat faiz və 66.27 manat cərimə və 106 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul eddildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar